BVF: Hörmüz boğazı açılandan sonra qlobal tədarükün əvvəlki səviyyələrə qayıtması vaxt aparacaq
Hörmüz boğazı vasitəsilə müntəzəm gəmiçilik axını bərpa edildikdən sonra belə əsas malların qlobal tədarükünün münaqişədən əvvəlki səviyyələrə qayıtması vaxt aparacaq.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (BEA), Beynəlxalq Valyuta Fondunun (BVF) və Dünya Bankı Qrupunun (DBQ) rəhbərləri arasında aprelin 13-də keçirilən görüşün yekunlarında dair bəyanatda vurğulanıb.
Hörmüz boğazı vasitəsilə daşımaların normallaşmadığı diqqətə çatdırılan bəyanatda infrastrukturun zədələnməsi səbəbindən yanacaq və gübrə qiymətlərinin uzun müddət yüksək qala biləcəyi proqnozlaşdırılıb.
"Boğaz vasitəsilə müntəzəm gəmiçilik axını bərpa edildikdən sonra belə, əsas malların qlobal tədarükünün münaqişədən əvvəlki səviyyələrə qayıtması vaxt aparacaq. Təchizatdakı fasilələrə görə, əsas resursların çatışmazlığının enerji, qida və digər sənaye sahələrinə təsir edəcəyi gözlənilir", - bəyanatda qeyd edilib.
Həmçinin vurğulanıb ki, mövcud durumdan çox zərər çəkmiş ölkələrin vəziyyəti, eləcə də qurumların cavab tədbirləri müzakirə edilib:
"Komandalarımız müvafiq təcrübəmizdən yararlanmaq və uyğunlaşdırılmış siyasət məsləhətləri, BVF və Dünya Bankı tərəfindən isə ehtiyac duyulduqda maliyyə dəstəyi vasitəsilə ölkələrə kömək etmək üçün ölkələr səviyyəsində də sıx əməkdaşlıq edirlər".
Daha əvvəl aprelin 8-də BVF, DBQ və Ümumdünya Ərzaq Proqramının (ÜƏP) rəhbərləri arasında görüş baş tutmuş, bu görüşdə Yaxın Şərqdəki müharibənin qlobal iqtisadiyyata və ərzaq təhlükəsizliyinə təsirləri müzakirə edilmişdi.
Oxşar xəbərlər
BMT: Hörmüz boğazı ilə bağlı risklər yüksəkdir
Hörmüz boğazı açıqdır - Arakçı
Türkiyə hökuməti Hörmüz boğazı və enerji bazarındakı vəziyyəti müzakirə edəcək
Hörmüz boğazında Azərbaycan gəmisi var? – Rəsmi
ABŞ Hörmüz boğazı sahillərində İranın raket mövqelərinə zərbələr endirdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
KİV: İran ABŞ-nin hərbi obyektlərini vurdu
-
“Zərbə endirəcəyik, qarşısını ala bilməyəcəklər” - Tramp
-
Şuşada "Etimadın bərpasında media diplomatiyası və media savadlılığının rolu" müzakirə edilib
-
Tramp: ABŞ tezliklə İranın Natanzdakı nüvə obyektini bombalaya bilər
-
Çində Kainatı öyrənmək üçün Ayı alətə çevirməyin yolunu tapıblar
-
"TuranBank" biznesin maliyyələşdirilməsi məqsədilə beynəlxalq fondlardan yerli valyutada vəsait cəlb edib
