Fatih Birol: "Qlobal enerji bazarı Hörmüzün bağlanmasının fəsadlarını yetərincə qiymətləndirmir"
sizinxeber.az xəbər saytı

Fatih Birol: "Qlobal enerji bazarı Hörmüzün bağlanmasının fəsadlarını yetərincə qiymətləndirmir"


Qlobal enerji bazarı Hörmüz boğazının uzunmüddətli bağlanmasının fəsadlarını yetərincə qiymətləndirmir.

"Report" "Al-Jazeera" telekanalına istinadən xəbər verir ki, bunu Beynəlxalq Enerji Agentliyinin (IEA) rəhbəri Fatih Birol bildirib.

Onun sözlərinə görə, Asiya bazarlarına yeni neft, qaz və yanacaq tədarükü həyata keçirilmir və artıq təchizatda fasilələr yaranmağa başlayır: "Zəif valyutalar və məhdud maliyyə resursları səbəbindən ən böyük zərbə daha yoxsul ölkələrə dəyə bilər".

F.Birol, həmçinin xəbərdarlıq edib ki, əgər xam neft zavodlara daxil olmasa, kerosin və dizel yanacağı kimi emal edilmiş neft məhsullarının qıtlığının yaranması riski mövcuddur: "Bu isə öz növbəsində bir sıra ölkələrdə aviadaşımalarda fasilələrə, reyslərin ləğvinə və sənaye təchizatı ilə bağlı problemlərə gətirib çıxara bilər".

Oxşar xəbərlər

Fatih Birol: Azərbaycan qazının Avropaya ixracı artacaq
Fatih Birol: “3 000 qiqavat “yaşıl enerji” qlobal şəbəkələrə əlavə edilməyə hazırdır”
Birol: Hazırkı neft-qaz böhranı əvvəlkilərdən daha ciddidir
Fatih Birol: "Enerji səmərəliliyinin 2 dəfə artırılması ilə bağlı məyusluq yaşayırıq"
Fatih Birol: 2030-cu ilə qədər qlobal enerji tutumu 2,7 dəfə artacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər