EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu dəyişməz saxlayıb
sizinxeber.az xəbər saytı

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu dəyişməz saxlayıb


ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya Administrasiyası (EIA) Azərbaycanda 2026-cı il üçün gündəlik neft hasilatı ilə bağlı proqnozunu dəyişməz saxlayıb.

"Report" xəbər verir ki, bu barədə EIA "Qısamüddətli enerji perspektivi" adlı hesabatın aprel ayı üzrə açıqladığı məlumatda qeyd edilib.

EIA-nın yenilənmiş məlumatlarına əsasən, bu il Azərbaycanda neft hasilatı sutkada 540 min barel təşkil edəcək. Ötən ay da bu rəqəm 540 min barel olub.

Bu ilin birinci rübündə neft hasilatının sutkada 550 min barel olacağı gözlənilir. Bu, martda verilən proqnozla müqayisədə eynidir.

Bu ilin ikinci rübündə sutkada neft hasilatı 540 min barel olacaq ki, ötən ay verilən proqnoz da eyni olub.

Bu ilin üçüncü və dördüncü rüblərində neft hasilatının sutkada 530 min barel olacağı gözlənilir ki, martda həmin rüblər üçün verilən proqnoz da 530 min barel təşkil edib.

Xatırladaq ki, 2025-ci ilin birinci və ikinci rüblərdə neft hasilatı sutkada 570 min barel, üçüncü və dördüncü rüblərdə 560 min barel təşkil edib.

EIA-nın məlumatına görə, 2025-ci ildə Azərbaycanda maye karbohidrogenlərin hasilatı sutkada 570 min barel səviyyəsində olub.

Oxşar xəbərlər

EIA 2024-cü il üçün Azərbaycanda neft hasilatı proqnozunu aşağı salıb
EIA gələn il üçün Azərbaycanda neft hasilatı proqnozunu açıqlayıb
EIA Azərbaycanda 2025-ci il üçün neft hasilatı proqnozunu açıqlayıb
Azərbaycan martda "OPEC+" kvotasından gündəlik 78 min barel geri qalıb
OPEC oktyabrda Azərbaycanda gündəlik neft hasilatının həcmini açıqlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər