Jurnalistlər “SOCAR Karbamid” zavodunun istehsalat prosesi ilə tanış olub
Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) təşəbbüsü ilə Azərbaycan milli mətbuatının 150 illik yubileyi münasibətilə “SOCAR Karbamid” zavoduna media-tur təşkil olunub.
"Report" xəbər verir ki, otuza yaxın media qurumundan nümayəndələrin iştirak etdiyi turda ilk öncə SOCAR-ın Media, ictimaiyyətlə əlaqələr və kommunikasiya Departamentinin rəisi İlahə Novruzova media-tur iştirakçılarını Milli Mətbuat Günü ilə bağlı təbrik edib.
Departament rəisi Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı milli mətbuatın yaranmasının 150 illiyinin ölkəmizdə təntənəli şəkildə qeyd olunduğunu bildirib. Bu xüsusda, SOCAR-ın təşəbbüsü ilə “SOCAR Karbamid” zavoduna media-turun və bayram tədbirinin təşkil olunduğunu qeyd edib.
Media-tur iştirakçıları təhlükəsizlik qaydaları ilə tanış olduqdan sonra “SOCAR Karbamid” zavodunun “ağıllı kimya” və “açıq anbar” sahələrində olub, burada rəqəmsal texnologiyalardan istifadə olunmaqla həyata keçirilən istehsalat prosesi barədə məlumat əldə ediblər.
Zavodun baş texnoloqu Şöhrət Mirzəyev, baş metroloqun müavini İlkin Hacıyev tərəfindən media nümayəndələrinə zavodun ümumi fəaliyyəti, rəqəmsal transformasiya layihəsi, istehsalat proseslərinin avtomatlaşdırılması üzrə görülən işlərə dair məlumat verilib, müvafiq təqdimat edilib.
Daha sonra media nümayəndələri muğam triosunun ifasında konsert proqramını izləyiblər.
Oxşar xəbərlər
SOCAR-ın Karbamid Zavodu məhsulunu 15-dən çox ölkəyə ixrac edir
SOCAR: Karbamid Zavodunda istixana qazlarının emissiyası azaldılıb
Azərbaycanda bu il karbamid istehsalının artırılması planlaşdırılıb
Azərbaycanda karbamid istehsalı 3 %-dən çox artıb
SOCAR-da yeni təyinat olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əbu-Dabidə Prezident İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı"ı təqdim olunub
-
Rəsmi zəmanət yox, mağaza və servis zəmanəti: Elektronika alıcıları risk altında
-
Arkadi Qukasyan 20 il müddətinə azadlıqdan məhrum edilib
-
Bako Saakyana hökm oxundu
-
Ukraynada müharibə bitir? - ABŞ prezidentindən gözlənilməz açıqlama
-
Xocalı soyqırımının iştirakçısı Madat Babayana hökm oxundu












