Bakıda "Caspian Agro" və "InterFood Azerbaijan” sərgiləri işə başlayıb
Bu gün Bakı Ekspo Mərkəzində Xəzər regionunun ən böyük 18-ci Azarbaycan Beynəlxalq Kənd Təsərrüfatı ("Caspian Agro") və 30-cu Yubiley Azərbaycan Beynəlxalq Qida Sənayesi ("InterFood Azerbaijan”) sərgiləri öz işinə başlayıb.
"Report" xəbər verir ki, sərgilərdə 30-dan artıq ölkədən 450 şirkətin iştirak edir.
Sərgilərin coğrafiyası Azərbaycanla yanaşı, Almaniya, ABŞ, Belarus, Belçika, Birləşmiş Ərəb Əmirlikləri, Çin, Cənubi Koreya, Fələstin, Finlandiya, Gürcüstan, Hindistan, İordaniya, İran, İspaniya, İsrail, İsveç, İtaliya, Kanada, Latviya, Misir, Niderland, Özbəkistan, Qazaxıstan, Rusiya, Serbiya, Şri Lanka, Türkiyə, Türkmənistan və Yunanıstanı əhatə edəcək. Almaniya, Belarus, Cənubi Koreya, Gürcüstan, İtaliya, Niderland, Şri Lanka və ilk dəfə olaraq Misir sərgilərdə milli qruplar şəklində iştirak edəcəklər.
İştirakçı və ziyarətçilərin istəklərini nəzərə alınaraq bu il sərgilər 4 gün ərzində təşkil ediləcək. Təşkilatçılar ümid edirlər ki, bu, sərgi iştirakçıları və ziyarətçiləri arasında qarşılıqlı əlaqə üçün yeni imkanlar yaradacaq və əlavə impuls verəcək.
Sərgilər Bakı Ekspo Mərkəzinin bütün pavilyonlarını və açıq sahəsini əhatə edir. Bu illər ərzində sərgilər, etibarlı və tanınan milli brend olmaqla yanaşı, dünyanın aparıcı beynəlxalq tədbirləri sırasına daxil olub. Bu il "InterFood Azerbaijan" sərgisi 30 illik yubileyini qeyd edir. 30 il ərzində 50-dək ölkədən 3 000-dən çox şirkət və 150 000-dən çox ziyarətçini qəbul edən sərgi səmərəli biznes platforması statusu qazanıb.
Oxşar xəbərlər
Gələn həftə Bakıda kənd təsərrüfatı və qida sərgiləri keçiriləcək
“Caspian Agro” və 30-cu Yubiley “InterFood Azerbaijan” sərgiləri keçiriləcək
Mayda “Caspian Agro” və 30-cu Yubiley Azərbaycan Beynəlxalq Qida Sənayesi sərgiləri keçiriləcək
Bakıda növbəti "Caspian Agro" və "InterFood Azerbaijan" sərgiləri olacaq
Bu ay Bakıda ADEX və "Securex Caspian" sərgiləri keçiriləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 14 il ötür
-
Avropadan “Qarabağ”a 3 milyon avroluq təklif gəldi
-
İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
-
İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
-
Prezident İlham Əliyev: "Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir"
-
Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb












