Bakıda keçiriləcək aqrar sərgilərdə KOB-lar üçün xüsusi stend qurulacaq
Mayın 13-16-də Bakı Ekspo Mərkəzində keçiriləcək 18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı (“Caspian Agro”) və 30-cu Azərbaycan Beynəlxalq Qida Sənayesi (“İnterFood Azerbaijan”) sərgilərində İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən KOB subyektlərinin məhsullarının tanıdılması üçün xüsusi stend qurulacaq.
Bu barədə “Report” KOBİA-ya istinadən xəbər verir.
Məlumata görə, sərgilərdə bitkiçilik, heyvandarlıq, quşçuluq və balıqçılıq məhsulları, qənnadı məmulatları, meyvə-tərəvəz, şirələr, çay, süd və süd məhsulları, kənd təsərrüfatı və qida sənayesi üzrə avadanlıqlar, eləcə də müvafiq sektorlar üzrə xidmətlər təqdim ediləcək.
Əvvəlki illərdə olduğu kimi bu il də mikro, kiçik və orta sahibkarlıq subyektlərinin müvafiq sərgilərdə iştirakına dəstək göstəriləcək. Belə ki, sərgidə KOBİA tərəfindən təmin ediləcək dövlət dəstəyi hesabına KOB subyektlərinin məhsullarının tanıdılması üçün xüsusi stend qurulacaq.
Məhsul və xidmətlərini KOBİA-nın stendində sərgiləmək istəyən KOB-lar 5 may 2025-ci il tarixinə qədər aşağıdakı link vasitəsilə müvafiq formanı dolduraraq (“İştirak etmək istədiyiniz tədbir” bölümündə “Caspian Agro” və ya “İnterFood Azerbaijan” qeyd olunmalıdır) müraciət edə bilərlər:
Oxşar xəbərlər
Sabahdan "KOB bazar" satış yarmarkası başlayır
Bakıda növbəti "Caspian Agro" və "InterFood Azerbaijan" sərgiləri olacaq
KOBİA "ACWA Power Azerbaijan Renewable Energy" ilə Anlaşma Memorandumu imzalayıb
KOBİA: 550 sahibkarın məhsul və xidmətlərinin satışına dəstək göstərilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
Tramp Qətərin ona bağışladığı nəhəng təyyarəni göstərdi - Video
