Çin şirkəti Azərbaycanda noutbuk istehsalını lokallaşdıra bilər
sizinxeber.az xəbər saytı

Çin şirkəti Azərbaycanda noutbuk istehsalını lokallaşdıra bilər


Çinin “Shenzhen Hasee Computer Co.” şirkəti Azərbaycanda noutbukların istehsalını lokallaşdıra bilər.

“Report” İxracın və İnvestisiyaların Təşviqi Agentliyinə (AZPROMO) istinadən xəbər verir ki, bu barədə Çin-Azərbaycan Sənaye və İnvestisiya Əməkdaşlığının Təşviqi Konfransı çərçivəsində AZPROMO və Çinin “Shenzhen Hasee Computer Co.” kompüter texnologiyaları şirkəti arasında keçirilən görüşdə fikir mübadiləsi aparılıb.

Bildirilib ki, bazara inteqrasiya üzrə strategiya ilə bağlı məlumatların təqdim olunmasına və danışıqların davam etdirilməsinə dair razılıq əldə olunub.

Qeyd edək ki, aprelin 17-də keçirilən Çin-Azərbaycan Sənaye və İnvestisiya Əməkdaşlığının Təşviqi Konfransında əməkdaşlığın hüquqi çərçivəsinin müəyyən edilməsi məqsədilə AZPROMO və “Shenzhen Hasee Computer Co.” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb.

Oxşar xəbərlər

Azərbaycan və Çin investisiya tərəfdaşlığının inkişafını müzakirə ediblər
AZPROMO sığortaçı seçib
Azərbaycan-Özbəkistan investisiya şirkəti 15 layihənin maliyyələşdirilməsini nəzərdən keçirir
AZPROMO Qars Ticarət və Sənaye Palatası ilə əməkdaşlıq perspektivlərini müzakirə edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər