DGK sədri Ağstafada vətəndaşları qəbul edib
sizinxeber.az xəbər saytı

DGK sədri Ağstafada vətəndaşları qəbul edib


Bu gün Dövlət Gömrük Komitəsinin (DGK) sədri Şahin Bağırov Ağstafa rayon Heydər Əliyev Mərkəzində Ağstafa, Qazax, Tovuz və Şəmkir rayonlarından olan vətəndaşları qəbul edib.

“Report” DGK-ya istinadən xəbər verir ki, komitənin müvafiq strukturlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda Ağstafa, Qazax, Tovuz və Şəmkir rayonlarının sakinlərinin müraciətləri dinlənilib. Vətəndaşların müraciətləri əsasən işə qəbul, idxal-ixrac əməliyyatları və digər gömrük məsələləri ilə bağlı olub.

Qəbul zamanı hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilib və qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, araşdırılması tələb olunan bəzi müraciətlərlə bağlı müvafiq tədbirlər görülməsi üçün aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.

Oxşar xəbərlər

Şahin Bağırov Salyanda vətəndaşları qəbul edib
Şahin Bağırov Qusarda vətəndaşları qəbul edib
Şahin Bağırov Daşkəsəndə vətəndaşları qəbul edib
Şahin Bağırov Lənkəranda vətəndaşları qəbul edib
Şahin Bağırov İmişlidə vətəndaşları qəbul edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle