Şahin Bağırov Lənkəranda vətəndaşları qəbul edib
Bu gün Dövlət Gömrük Komitəsinin (DGK) sədri Şahin Bağırov Lənkəran şəhər Mədəniyyət Mərkəzində Lənkəran, Astara, Lerik, Masallı və Yardımlı rayonlarından olan vətəndaşları qəbul edib.
“Sizinxeber.az”un DGK-ya istinadən verdiyi məlumata görə, komitənin müvafiq strukturlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda Lənkəran, Astara, Lerik, Masallı və Yardımlı rayonları sakinlərinin müraciətləri dinlənilib. Vətəndaşların müraciətləri əsasən işə qəbul, idxal-ixrac əməliyyatları və digər gömrük məsələləri ilə bağlı olub.
Qəbul zamanı hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilib və qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, araşdırılması tələb olunan bəzi müraciətlərlə bağlı müvafiq tədbirlər görülməsi üçün aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
İran nümayəndə heyəti İsveçrəyə gedib
