sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Naxçıvanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 10 %-ə yaxın artıb
Bu ilin yanvar-mart aylarında Naxçıvan Muxtar Respublikasında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 52 milyon 882 min 600 manat olub.
Bu barədə "Report"un yerli bürosuna Muxtar Respublikanın Dövlət Statistika Komitəsindən bildirilib.
Məlumata görə, bu, 2024-cü ilin birinci rübünün göstəriciləri ilə müqayisədə 9,6 % çoxdur.
Həmçinin, bu ilin birinci rübündə muxtar respublikada pərakəndə ticarət dövriyyəsi 335 milyon 131 min 800 manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,7 % çoxdur. Ticarət şəbəkəsində 172 milyon 592 min 900 manatlıq qida məhsulları, içkilər və tütün məmulatları, 162 milyon 538 min 900 manatlıq qeyri-qida məhsulları satılıb.
Oxşar xəbərlər
Bu il Naxçıvanda pərakəndə ticarət dövriyyəsi 1 %-dən çox artıb
Naxçıvanda pərakəndə ticarət dövriyyəsi 1 %-dən çox artıb
Bu il Naxçıvanda pərakəndə ticarət dövriyyəsi 1 % artıb
Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 8 % artıb
Bakıda ticarət dövriyyəsi 5 %-ə yaxın artıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













