"Azərsığorta"ya məxsus 14 nəqliyyat vasitəsi özəlləşdirilib
sizinxeber.az xəbər saytı

"Azərsığorta"ya məxsus 14 nəqliyyat vasitəsi özəlləşdirilib


Bu gün İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin keçirdiyi növbəti hərracda ləğv prosesində olan Dövlət Sığorta Kommersiya Şirkətinə ("Azərsığorta" ASC) məxsus 14 nəqliyyat vasitəsi satılıb.

"Sizinxeber.az" Dövlət Xidmətinə istinadən xəbər verir ki, hərraca çıxarılan nəqliyyat vasitələrinə ümumilikdə 8 sifariş qəbul edilib, ilkin qiyməti 32 250 manat olan 14 avtomobil 32 930 manata satılıb.

Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı və yekun satış qiymətləri ilə https://bit.ly/449m5no linki vasitəsilə tanış olmaq mümkündür.

Bövbəti hərraclar 8, 22 və 24 apreldə keçiriləcək. Hərraclara bir səhmdar cəmiyyətinin səhm paketi, nəqliyyat vasitələri, avadanlıqlar və texnikalar çıxarılacaq.

İştirak etmək istəyənlər “www.emlak.gov.az” və “www.auksion.gov.az” internet saytlarından hərraca çıxarılan əmlaklar üzrə seçim edə bilərlər.

Oxşar xəbərlər

Azərbaycanda daha 41 nəqliyyat vasitəsi özəlləşdirilib
Azərbaycanda daha 16 nəqliyyat vasitəsi özəlləşdirilib
Azərbaycanda daha 18 nəqliyyat vasitəsi özəlləşdirilib
Azərbaycanda 20 nəqliyyat vasitəsi və 24,5 ton metal çiv hərracda satılıb
Azərbaycanda daha 4 nəqliyyat vasitəsi özəlləşdirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər