Azərbaycanda elektrik mühərrikli yük avtomobillərinin idxalı gömrük rüsumundan azad edilib
sizinxeber.az xəbər saytı

Azərbaycanda elektrik mühərrikli yük avtomobillərinin idxalı gömrük rüsumundan azad edilib


Nazirlər Kabineti 17 noyabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac
gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib. 

"Report" xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. 

Qərara əsasən, yalnız elektrik mühərriki ilə hərəkətə gətirilən, zavod buraxılış tarixindən 3 ilə qədər ötmüş yük avtomobillərinin idxalı 1 yanvar 2028-ci ilə qədər gömrük rüsumundan azad edilib (mövcud rüsum dərəcəsi 5 %-dir). 

Bu qərar ekoloji cəhətdən təmiz və təhlükəsiz nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması və bu sahədə qanunvericiliyi təkmilləşdirilmək məqsədilə qəbul olunub. 

Oxşar xəbərlər

Azərbaycan velosiped və skuter ehtiyat hissələrinin idxalını gömrük rüsumundan azad edib
Elektrik mühərrikli yük avtomobilləri idxal gömrük rüsumundan azad edilib
Azərbaycanda metal tullantılarının ixrac rüsumları artırılıb
Bəzi idxal məhsulları 2026-cı ilin sonuna qədər gömrük rüsumundan azad edilib
Azərbaycana gətirilən şprislər üçün gömrük güzəştlərinin müddəti daha 5 il uzadılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər