Dövlət Gömrük Komitəsi ötən ilin büdcə öhdəliyini 3,3 % artıq yerinə yetirib
sizinxeber.az xəbər saytı

Dövlət Gömrük Komitəsi ötən ilin büdcə öhdəliyini 3,3 % artıq yerinə yetirib


Ötən il Dövlət Gömrük Komitəsi (DGK) dövlət büdcəsinə 6 milyard 648 milyon 703 min manat vəsait köçürüb, bu isə illik proqnoza nisbətən 213 milyon 700 min manat və ya 3,3 % çoxdur.

"Report" xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin 2024-cü il ərzindəki fəaliyyətinin yekunlarına həsr olunan Kollegiya iclasında məlumat verilib.

Həmçinin, qeyd edilib ki, ötən il ərzində 35255 hüquqpozma faktı aşkarlanıb, bunlardan 1278-i cinayət xarakterli, 33977-i inzibati xəta faktlarıdır.

Hesabat ilində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar 96 fakt aşkar olunub və ümumilikdə 379 kq 127 qram narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları qanunsuz dövriyyədən çıxarılıb.

Oxşar xəbərlər

DGK: Son iki ildə 2 tona yaxın narkotik vasitə, psixotrop maddələr aşkar edilib
DGK: Ötən il narkotik dövriyyəsi ilə əlaqədar 96 fakt aşkar olunub
Сari ilin 11 ayında narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 8 min 549 cinayət faktı aşkarlanıb
Bəhruz Quliyev: “Bu il Azərbaycanda 1 258 fakt cinayət xarakterli gömrük pozuntusu aşkar edilib”
Müsadirə edilmiş narkotik vasitələr bir neçə komissiya tərəfindən məhv ediləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər