Müsadirə edilmiş narkotik vasitələr bir neçə komissiya tərəfindən məhv ediləcək
Qanunsuz dövriyyədən çıxarılmış və ya müsadirə olunmuş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorları bir neçə komissiya tərəfindən məhv ediləcək.
"Report"un xəbərinə görə, bununla bağlı “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorslarının dövriyyəsi haqqında” qanuna dəyişiklik layihəsi parlamentin bugünkü iclasında III oxunuşda müzakirəyə çıxarılıb.
Qanunda təklif edilən dəyişikliklər qanunsuz dövriyyədən çıxarılmış və ya müsadirə olunmuş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının bir neçə komissiya tərəfindən məhv edilməsi üçün hüquqi əsas yaradır.
Həmçinin layihəyə əsasən həmin komissiyaların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən yaradılması təklif edilir.
Bundan başqa, layihədə qanunsuz dövriyyədən çıxarılmış və ya müsadirə olunmuş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsinin qanunun 7.1.4-cü maddəsinə və digər normativ hüquqi aktlara əsasən həyata keçirilməsi nəzərdə tutulur.
Belə ki, Nazirlər Kabinetinin 2005-ci il 6 oktyabr tarixli 181 nömrəli Qərarı ilə müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələrin ve onların prekursorlarının məhv edilməsi qaydaları, 2023-cü il 11 fevral tarixli 44 nömrəli Qərarı ilə isə cinayət təqibi üzrə məhkəməyədək icraat zamanı qanunsuz dövriyyədən çıxarılmaqla maddi sübut kimi götürülmüş narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının cinayət təqibi üzrə icraat başa çatanadək məhv edilməsi və ya tibbi məqsədlərlə istifadə üçün təhvil verilməsi qaydaları müəyyən edilib.
Oxşar xəbərlər
MM dövriyyəsi məhdudlaşdırılan psixotrop maddələrin siyahısını son oxunuşda təsdiqləyib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Milli Məclisin iclası başlayıb, gündəlikdə 18 məsələ var [xfgiven_updateblue][/xfgiven_updateblue]
Milli Məclisin iclası başlayıb, gündəlikdə 21 məsələ var [xfgiven_updateblue][/xfgiven_updateblue]
FHN-in Tibb xidməti seminarlar keçirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ötən il cinayətlərin 27,3 faizi narkotik dövriyyəsi ilə əlaqədar olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












