Azərbaycanda yerli istehsal avtobusların satışı ƏDV-dən azad edilib
sizinxeber.az xəbər saytı

Azərbaycanda yerli istehsal avtobusların satışı ƏDV-dən azad edilib


Azərbaycanda yerli istehsal avtobusların satışı və ehtiyat hissələrinin idxalı ƏDV-dən azad edilib.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin "Gömrük tarifi haqqında" qanununda dəyişiklik edilməsi barədə imzaladığı qanunda deyilir.

Qanuna əsasən, Azərbaycan ərazisində istehsal olunan avtobusların satışı, habelə müvafiq icra hakimiyyəti orqanının təsdiqedici sənədi əsasında hüquqi şəxslər tərəfindən istehsal məqsədilə avtobusların ehtiyat hissələrinin idxalı gələn il yanvarın 1-dən 8 il müddətinə ƏDV-dən azad edilir.

Oxşar xəbərlər

Azərbaycanda avtobus istehsalı üçün ƏDV və gömrük rüsumlarından azadolma tətbiq ediləcək
Müdafiə təyinatlı məmulatların idxalı vergi və gömrük rüsumundan azad edilir
Müdafiə təyinatlı məmulatların idxalı vergi və gömrük rüsumundan azad olunub
Azərbaycana velosiped və skuter ehtiyat hissələrinin idxalı 2028-ci ilə qədər gömrük rüsumundan azad edilib
Bərpa olunan mənbələrdən elektrik enerjisi istehsalı üçün avadanlıqların idxalı gömrük rüsumlarından azad olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər