Dənizkənarı Milli Parkı idarə edən şirkət ləğv olunur
sizinxeber.az xəbər saytı

Dənizkənarı Milli Parkı idarə edən şirkət ləğv olunur


Dənizkənarı Bulvar İdarəsinə məxsus "Dənizkənarı Milli Park" MMC ləğv olunduğunu elan edib.

“Sizinxeber.az” bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Məlumatda deyilir ki, kreditorlar tələblərini 2 ay ərzində Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, ev 2A ünvanına bildirə bilərlər.

Xatırladaq ki, "Dənizkənari Milli Park" 2008-ci ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 10 manat, qanuni təmsilçisi isə İlqar Cəbrayıl oğlu Sadıqovdur.

Oxşar xəbərlər

Bakıda Dənizkənarı Milli Parkı idarə edən şirkət ləğv olunur
"Azərkontrakt"ın törəmə lizinq şirkəti də ləğv olunur
"Bakı Sığorta" bazarı tərk edir
Naxçıvan aeroportunun tabeliyindəki şirkət ləğv edilir
"Azərkosmos" 1 milyon manat nizamnamə kapitalı ilə yeni şirkət yaradıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər