IFC rəsmisi: "Cənubi Qafqazda ESG sahəsi ilə bir sıra ümumi çağırışlar var"
Cənubi Qafqaz regionunda Ətraf mühit, Sosial və Korporativ İdarəetmə (ESG) sahəsi ilə bir sıra ümumi çağırışlar var.
"Report" xəbər verir ki, bunu Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) ESG üzrə regional eksperti Boris Janjalia Bakıda keçirilən, "Azərbaycanın dayanıqlı inkişafı naminə: Ətraf mühit, Sosial və Korporativ İdarəetmə (ESG) üzrə Vahid platformanın və milli standartın təqdimatı"na həsr olunmuş konfransda bildirib.
"Bu çağırışlar ilk növbədə ESG-nin çox vaxt əlavə yük və tələb kimi qəbul edilməsi ilə bağlıdır. Lakin ESG həm də yeni imkanlar deməkdir", - o qeyd edib.
IFC rəsmisinin sözlərinə görə, 2-ci vacib çağırış regionun iqtisadiyyatında əsas rol oynayan kiçik və orta bizneslə (KOB) bağlıdır: "KOB-lar Cənubi Qafqaz ölkələrinin milli iqtisadiyyatlarına əhəmiyyətli töhfə verir. Buna görə də səyləri ESG-yə keçidin dəstəklənməsinə yönəltmək vacibdir. Doğrudur, sərt tənzimləmə tələblərinin tətbiqi biznes üçün zərərli ola bilər. Odur ki, KOB-lar üçün mərhələli, addım-addım yanaşma zəruridir. Bu, könüllü tədbirlərlə başlamalı, şirkətlər hazır olduqdan sonra tədricən daha sərt tələblərə keçmək lazımdır".
Oxşar xəbərlər
IFC: ESG standartı ilə bağlı Azərbaycanda məlumatlılıq artırılmalıdır
Vüsal Şıxəliyev: "ESG standartları gələcək inkişaf strategiyaları hazırlamağa imkan verəcək"
KOBİA-nın sədri: "Vahid rəqəmsal platforma və milli standartlar biznesləri istiqamətləndirəcək"
Orxan Məmmədov: "ESG prinsipləri yerli biznes üçün çox əhəmiyyətlidir"
Vladanka Andreyeva: "COP29 2030-cu ilə qədər dayanıqlı inkişaf gündəliyi üçün əsas platforma olacaq"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İranda hərbi əməliyyatlar yenidən başlayır? - Netanyahu və Tramp nələri müzakirə etdilər?
-
Gecikənlər DİM-in açıqlamasını yalanladı - İmtahan qalmaqalı
-
Rövşən Nəcəf: "Sabah" klubunu ürəkdən təbrik edirəm
-
Pentaqon Aya uçan ilk astronavtlardan birinin UNO ilə bağlı ifadələrini yayıb - FOTO
-
“Hizbullah” son bir ayda 48 İsrail tankını sıradan çıxardığını iddia edib
-
Anaklaudia Rossbax: Bakıdakı WUF13 UN-Habitat tarixində ən böyük forum olub
