Orxan Məmmədov: "ESG prinsipləri yerli biznes üçün çox əhəmiyyətlidir"
Ətraf mühit, Sosial və Korporativ İdarəetmə (ESG) prinsipləri ətraf mühitin qorunması, insan sağlamlığı və sosial inkişaf kimi vacib sivil elementləri əhatə etməklə yanaşı, müxtəlif aspektlərdən yerli biznes üçün çox əhəmiyyətlidir.
"Sizinxeber.az" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov Bakıda keçirilən, "Azərbaycanın dayanıqlı inkişafı naminə: Ətraf mühit, Sosial və Korporativ İdarəetmə (ESG) üzrə Vahid platformanın və milli standartın təqdimatı"na həsr olunmuş konfransda bildirib.
O qeyd edib ki, sözügedən meyarlara riayət edilməsi müəssisənin rəqabət qabiliyyətini yüksəltməyə, ixrac potensialını artırmağa və xarici investisiyalar cəlb etməyə imkan verir: "Bu baxımdan, ESG prinsipləri ilə bağlı beynəlxalq səviyyədə inkişafdan və proseslərdən geri qalmaq, bir müddət sonra yerli bizneslər üçün qlobal dəyər zəncirinə inteqrasiya və ümumilikdə, iqtisadi inkişaf baxımından əhəmiyyətli risklər yarada bilər. Artıq dövlətin bu sahəyə diqqətini bir qədər də artırmasına ehtiyac yaranıb".
Oxşar xəbərlər
Vüsal Şıxəliyev: "ESG standartları gələcək inkişaf strategiyaları hazırlamağa imkan verəcək"
ESG üzrə milli standartın Azərbaycan biznesinə faydası açıqlanıb
KOBİA "yaşıl iqtisadiyyat"a və iqlim dəyişikliyi ilə mübarizəyə dair qlobal təşəbbüslə çıxış edib
AZSTANDART: ESG üzrə Milli Standart biznezdə sistemli yanaşmaya imkan yaradır
Nazir müavini: "Banklar kredit verəndə ekoloji məsələlərə diqqət yetirməlidir"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 14 il ötür
-
Avropadan “Qarabağ”a 3 milyon avroluq təklif gəldi
-
İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
-
İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
-
Prezident İlham Əliyev: "Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir"
-
Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb












