Emil Məcidov: "Yaşıl keçid" KOB-lar üçün əhəmiyyətli investisiya və dəstək tələb edir"
"Yaşıl texnologiya"lara keçid genişmiqyaslı inkişafla bağlıdır və əhəmiyyətli maliyyə qoyuluşu tələb edir.
"Sizinxeber.az" xəbər verir ki, bunu "Rotas Consulting"in idarəedici partnyoru Emil Məcidov "Bakı İqlim Fəaliyyəti Həftəsi"nin 3-cü günündə bildirib.
O vurğulayıb ki, "yaşıl gündəm" təbii və zəruri bir prosesdir və stimullaşdırılmalıdır: "Biz "yaşıl texnologiyaları" fəal şəkildə tətbiq etməli və tədricən səmərəsiz, ənənəvi həllərdən uzaqlaşmalıyıq. Lakin bunun üçün böyük investisiyalar, uzunmüddətli və ortamüddətli tədqiqatlar, həmçinin əhəmiyyətli insan resursları lazımdır. Belə şəraitdə iri korporasiyalar kiçik və orta biznes (KOB) qarşısında üstünlük əldə edə bilər ki, bu da onların sıxışdırılmasına gətirib çıxara bilər. Bunun qarşısını almaq üçün dövlət tərəfindən dəstək, o cümlədən KOB-ların "yaşıl keçid"ə uyğunlaşması üçün maliyyə yardımı lazımdır".
Onun sözlərinə görə, ədalətli "yaşıl keçid" qlobal dəyişikliklər şəraitində rəqabət qabiliyyətini qorumaq üçün dəstəyə ehtiyacı olan kiçik və orta biznesə xüsusi diqqət tələb edir.
Oxşar xəbərlər
Steffi Stallmeister: "Yaşıl keçid" Azərbaycan üçün böyük imkanlar yaradır"
Orxan Məmmədov: “KOB sektorunda “yaşıl siyasət”in geniş tətbiqi üçün çətinliklər var”
Nigar Arpadarai: “Yaşıl kapital"ın qlobal axını təmin edilməlidir"
Nazir müavini: "Əmək fəaliyyəti ilə bağlı problemlər "yaşıl enerji"yə keçidi yubadır"
İsveç səfiri: Skandinaviya ölkələri “yaşıl” keçid yolunda Azərbaycan üçün mühüm tərəfdaş ola bilər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













