İsveç səfiri: Skandinaviya ölkələri “yaşıl” keçid yolunda Azərbaycan üçün mühüm tərəfdaş ola bilər
Skandinaviya ölkələri “yaşıl” keçid yolunda Azərbaycan üçün mühüm tərəfdaş ola bilər.
“Sizinxeber.az” xəbər verir ki, bunu İsveçin Azərbaycandakı səfiri Tobias Lorentsson Bakıda Şimali Avropa ölkələrinin inkişafının “yaşıl modeli” (NORDIC TALKS: Nordic Green Model) təşəbbüsü çərçivəsində keçirilən panel müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, Skandinaviya ölkələri uzun illərdir həm milli, həm də qlobal miqyasda davamlı inkişaf məqsədlərini təşviq etməkdə ön sıralardadır.
“Skandinaviya ölkələrinin təcrübəsi göstərdi ki, bir tərəfdən ətraf mühit və iqlim siyasəti, digər tərəfdən isə iqtisadi artım və rəqabətqabiliyyətlilik bir-birini istisna etmir”, - səfir qeyd edib.
O vurğulayıb ki, şimal ölkələri şirkətləri vasitəsilə “yaşıl” texnoloji həllər təklif etməklə Azərbaycan üçün davam edən və iddialı “yaşıl” keçiddə mühüm tərəfdaş ola bilər.
“Noyabrda Bakıda keçiriləcək COP29 ərəfəsində regionumuz iqlim məsələləri üzrə beynəlxalq danışıqlarda effektiv həll yollarının təşviqi üçün də fəal şəkildə çıxış edəcək”, - səfir əlavə edib.
Oxşar xəbərlər
İsveç səfiri Bakıda “Nordic Talks” konfransının açılışında çıxış edib
Bakıda “Nordic Talks” çərçivəsində Skandinaviya ölkələrinin səfirlərinin panel müzakirəsi keçirilir
Bakıda Şimali Avropa ölkələrinin inkişafının “yaşıl modeli” üzrə müzakirələrin birinci günü baş tutub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Uruqvay - Kabo Verde oyununda hesab yenidən bərabərləşib - YENİLƏNİR-6
-
"Axios" ABŞ və İran arasında İsveçrədə keçirilən danışıqların təfərrüatlarını açıqlayıb
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
-
Darren Beyzli: "Misirlə matçın ilk hissəsində yaxşı oynadıq"
-
DÇ-2026: Belçika millisi İranla heç-heçə edib
-
Filippində məktəbdə atışma olub, üç nəfər ölüb, beş nəfər yaralanıb
