Azərbaycan çay idxalını artırıb, ixracını isə azaldıb
Bu ilin yanvar-may aylarında Azərbaycan 6 289 ton çay idxal edib.
“Sizinxeber.az” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə çayın dəyəri 38 milyon 112 min ABŞ dollar təşkil edib.
Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 1 169 ton (22,8 %), dəyər baxımından isə 12 milyon 414 min ABŞ dolları (48,3 %) çoxdur.
Hesabat dövründə çay idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 0,4 %-ni təşkil edib.
Bundan başqa, 5 ay ərzində Azərbaycan 2 milyon 581 min ABŞ dollar dəyərində 288 ton çay ixrac edib.
Bunlar, ötən ilin eyni dövrünə nisbətən həcm baxımından 4 ton (1,3 %), dəyər baxımından isə 85 min ABŞ dolları (3,1 %) azdır.
Hesabat dövründə çay ixracından əldə edilən gəlir Azərbaycanın ümumi ixrac gəlirlərinin 0,02 %-ni təşkil edib.
Oxşar xəbərlər
Azərbaycan çay idxalı və ixracını artırıb
Azərbaycan meyvə-tərəvəz idxalını və ixracını artırıb
Azərbaycan ət idxalını 27 % artırıb
Azərbaycan ət idxalını cüzi azaldıb
Azərbaycan ət idxalını 2 %-dən çox artırıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
-
DÇ-2026: Fransa və Norveç 1/16 finala vəsiqə qazanıb
-
DÇ-2026: Seneqal - İraq matçında üçüncü qol vurulub - YENİLƏNİR-5
