30
apr
2025
16:00

yuxarı
Azərbaycanda avtokreditlərin 65 %-i elektrik və hibrid avtomobillərinə verilib

Azərbaycanda avtokreditlərin 65 %-i elektrik və hibrid avtomobillərinə verilib
2024-cü il üzrə Azərbaycanda fiziki şəxslər tərəfindən alınan istehlak kreditləri çərçivəsində avtomobil kreditlərinin strukturu dəyişib, ekoloji cəhətdən daha səmərəli nəqliyyat vasitələrinin payında əhəmiyyətli artım müşahidə edilib.
“Report” xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) “Dayanıqlı maliyyə hesabatı”nda bildirilib.
Məlumata görə, ötən il elektrik və hibrid avtomobil kreditinin ümumi avtomobil portfelində payı kreditlərin sayı üzrə illik müqayisədə 33 faiz bəndi artaraq 48 %-ə, kreditlərin məbləği üzrə isə 27 faiz bəndi artaraq 65 %-ə çatıb.