Naxçıvanda 7 ayda 6 mindən çox "ASAN İmza" sertifikatı verilib
Bu ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasında 3 393 müraciət üzrə 6 281 "ASAN İmza" sertifikatı verilib.
"Report" bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Bundan başqa, məlumata görə, 7 ay ərzində Naxçıvanda vergi ödəyicilərinə xidmət strukturlarında ümumilikdə 24 880 şəxs qəbul edilib. Onlara vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar sualların cavablandırılması, vergi uçotu, qeydiyyat, bəyannamələr, cari vergi ödəmələri və s. məsələlərlə bağlı 33 410 xidmət göstərilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 19 % çoxdur.
Hesabat dövründə vergi ödəyicilərinə 202 321 məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub) göndərilib. Dövr ərzində vergi ödəyiciləri ilə 55 görüş keçirilib, 394 sayda ünvanlı xidmət göstərilib.
Yanvar-iyul aylarında Naxçıvan, Şərur və Ordubad şəhərlərində fəaliyyət göstərən Vergi ödəyicilərinə xidmət mərkəzləri ümumilikdə 22 917 şəxsi qəbul edib və onlara 31 077 xidmət göstərib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 30,6 % çoxdur.
Oxşar xəbərlər
Azərbaycanda 7 ayda vergi ödəyicilərinə xidmət mərkəzlərində 392 min şəxs qəbul edilib
Azərbaycanda 7 ayda 372 min "ASAN İmza" sertifikatı verilib
Naxçıvanda vergi daxilolmaları 29 % artıb
Azərbaycanda 7 ayda vergi daxilolmaları 10 milyard manatı keçib
Naxçıvanda aktiv vergi ödəyicilərinin sayı bu il 24 % artıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













