Gəncədə “KOB FEST” sərgi-satış yarmarkası keçirilir
Gəncə şəhərində növbəti “KOB FEST” sərgi-satış yarmarkası keçirilir.
Bu barədə “Sizinxeber.az” İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) istinadən xəbər verir.
Məlumata görə, “Xan bağı”nda təşkil olunan yarmarkada Gəncə, eləcə də ətraf şəhər və rayonlardan olan 60-dan çox KOB subyektinin kənd təsərrüfatı və sənaye məhsulları, un məmulatları, qida, tekstil, sərinləşdirici içkilər, arıçılıq məhsulları, sənətkarların və yaradıcı şəxslərin əl işləri təqdim edilir və satılır.
Yarmarkanın açılış mərasimində çıxış edən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov tədbirin bölgəyə xas olan məhsulların tanıdılması, KOB-ların satış imkanlarının genişləndirilməsi, yerli KOB-lar arasında əlaqələrin qurulması baxımından faydalı olduğunu qeyd ediblər.
“KOB FEST” çərçivəsində mədəni-əyləncəli proqram da təşkil olunub. Sərgi-satış yarmarkası avqustun 8-dək hər gün saat 10:00-dan 18:00-dək fəaliyyət göstərəcək.
Qeyd edək ki, “KOB FEST” sərgi-satış yarmarkaları regionlarda fəaliyyət göstərən mikro və kiçik sahibkarların istehsal etdiyi məhsul və xidmətlərin tanıdılması, satışına dəstək olmaq məqsədilə keçirilir. Bu tədbir həmçinin, KOB subyektlərinə yeni əməkdaşlıqların qurulması, B2B görüşlərin keçirilməsi, mikro və kiçik sahibkarların satış bacarıqlarının inkişaf etdirilməsinə də öz töhfəsini verir. Gəncə şəhərindən əvvəl “KOB FEST” Bakı, Göygöl və Şəki şəhərlərində keçirilib.
Bu yarmarkalarda ümumilikdə 180-ə yaxın KOB subyektinin məhsul və xidmətlərinin üç gün ərzində satışına dəstək göstərilib.
Oxşar xəbərlər
Gəncə şəhərində "KOB FEST" sərgi-satış yarmarkası keçirilir - FOTO
Gəncədə “KOB FEST” sərgi-satış yarmarkası keçiriləcək
Bakıda arıçılıq məhsullarının növbəti Sərgi-Satış Yarmarkası keçiriləcək
KOBİA sərgilərdə məhsullarını tanıtmaq istəyən KOB-lara dəstək göstərəcək
Şaxta baba, Qar qız və satıcılar... - "Kənddən şəhərə" yarmarkasının bayram "süfrə"sindən video reportaj
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 14 il ötür
-
Avropadan “Qarabağ”a 3 milyon avroluq təklif gəldi
-
Prezident İlham Əliyev: "Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir"
-
İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
-
İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
-
Prezident: "Bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir"












