Naxçıvanda Milli Biznesin İnkişafı Forumu keçirilib
Naxçıvan şəhərində "Caspian Energy Club" və "Azərbaycan Milli Biznes Assosiasiyası" İctimai Birliyinin birgə təşkilatçılığı ilə Milli Biznesin İnkişafı Forumu keçirilib.
"Sizinxeber.az"un yerli bürosu xəbər verir ki, forum dövlət qurumları ilə biznes ictimaiyyəti arasında açıq dialoqun təşviqi, sahibkarlıq mühitinin inkişafına dair aktual çağırışların müzakirəsi, eləcə də qarşılıqlı əməkdaşlıq imkanlarının genişləndirilməsi məqsədi daşıyıb.
Forumda Muxtar Respublikanın iqtisadiyyat naziri Kazım Hüseynəliyev, kənd təsərrüfatı naziri Rafail Quliyev, əmək və əhalinin sosial müdafiəsi naziri Fərid Bağırzadə, Baş Gömrük İdarəsinin rəisi Vüqar Əliyev və digər dövlət nümayəndələri iştirak ediblər.
Tədbirdə yerli İqtisadiyyat Nazirliyinin nümayəndələri "Naxçıvan Muxtar Respublikasının iqtisadi potensialı və dəstək mexanizmləri" və "Naxçıvan Muxtar Respublikasında 1 yanvar 2026-cı il tarixindən tətbiq edilən vergi, gömrük və sosial sığorta güzəştləri" mövzularında təqdimatlar edib.
Daha sonra "Caspian Energy Club" üzvləri, eləcə də müxtəlif şirkət və qurumların nümayəndələri fəaliyyət istiqamətləri barədə məlumatlar veriblər, onları maraqlandıran sualları dövlət qurumlarının nümayəndələri cavablandırıb, qarşılıqlı əməkdaşlıq imkanları müzakirə olunub.
Oxşar xəbərlər
Şahin Bağırov: Gömrük orqanları sahibkarlarla dialoqun qurulmasına önəm verir
Naxçıvanda keçiriləcək maliyyə forumunun tarixi açıqlanıb
Naxçıvanın sosial-iqtisadi inkişafı ilə əlaqədar layihələr müzakirə olunub
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat naziri təyin edilib
Naxçıvanda baramaçılığın inkişafına həsr olunan konfrans keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
