Naxçıvanda keçiriləcək maliyyə forumunun tarixi açıqlanıb
Naxçıvan Muxtar Respublikasında Maliyyə Forumu keçiriləcək
"Sizinxeber.az"un yerli bürosu xəbər verir ki, dekabrın 18-də Naxçıvan şəhərində Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş Maliyyə Forumu təşkil ediləcək.
Forum muxtar respublikanın Maliyyə Nazirliyinin təşkilatçılığı ilə baş tutacaq.
Forumun keçirilməsinin əsas məqsədi mühasibat uçotunun beynəlxalq standartlara uyğunlaşdırılması, vergi münasibətlərinin səmərəliliyinin artırılmasının konkret aspektlərinin vacibliyini nəzərə alaraq bu sahədə maarifləndirmə və məlumatlandırmadan ibarətdir.
Forum Azərbaycanın və muxtar respublikanın bir sıra mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri, Naxçıvan Muxtar Respublikasının hökumət nümayəndələri və onların maliyyə-mühasibatlıq üzrə məsul şəxsləri ilə baş tutacaq.
Həmçinin Maliyyə Forumu muxtar respublikada fəaliyyət göstərən iri sahibkarlıq subyektlərinin rəhbərləri və onların maliyyə-mühasibatlıq üzrə məsul şəxsləri və digər mütəxəssislərin iştirakı ilə keçiriləcək.
Oxşar xəbərlər
Naxçıvanda maliyyə forumu keçiriləcək
Naxçıvanda bilyard üzrə muxtar respublika birinciliyi keçiriləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
