Şahin Bağırov: Gömrük orqanları sahibkarlarla dialoqun qurulmasına önəm verir
Dövlət Gömrük Komitəsinin (DGK) sədri gömrük xidməti general-polkovniki Şahin Bağırov bildirib ki, gömrük-biznes münasibətlərinin tərəfdaşlıq prinsipləri əsasında qurulması, biznes subyektlərinin məmnunluğunun təmin edilməsi gömrük xidmətinin əsas strateji hədəflərindən biridir.
"Sizinxeber.az" DGK-ya istinadən xəbər verir ki, Ş. Bağırov bu barədə DGK-nın dəstəyi, "Caspian Energy Club" və Azərbaycan Milli Biznes Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilən Milli Biznesin İnkişafı Forumunun XIV xüsusi sessiyasında danışıb.
Bildirilib ki, tədbirdə müxtəlif sahələrdə fəaliyyət göstərən biznes subyektlərinin nümayəndələri iştirak ediblər.
DKG sədri qeyd edib ki, gömrük orqanları müxtəlif platformalarda sahibkarlarla səmərəli, işgüzar dialoqun qurulmasına, gömrük sistemində tətbiq ediləcək yeniliklərin, layihələrin biznes nümayəndələri ilə birlikdə müzakirə edilərək onların təklif və rəylərinin öyrənilməsinə xüsusi önəm verir.
"Caspian Energy Club"ın sədri və qrupun baş icraçı direktoru Telman Əliyev DGK ilə ictimaiyyət arasındakı açıq və konstruktiv dialoqdan məmnunluqla bəhs edərək gömrük orqanlarının sahibkarların müraciətlərinə həssaslıqla yanaşdığını, qaldırılan məsələlərin həlli istiqamətində operativ addımlar atıldığını bildirib.
O da qeyd olunub ki, Dövlət Gömrük Komitəsi ilə "Caspian Energy Club" arasında fəaliyyət göstərən birgə işçi qrupu çərçivəsində sahibkarların qaldırdıqları məsələlər, eləcə də təkliflər birlikdə müzakirə olunur, effektiv həll yolları araşdırılır.
Sonra sessiya müzakirələrlə davam edib.
Müzakirələr zamanı biznes subyektləri tərəfindən səsləndirilən təklif və rəylər dinlənilib, suallar ətraflı cavablandırılıb.
Sessiya çərçivəsində bəzi biznes subyektlərinə "Caspian Energy Club"ın üzvlük sertifikatları təqdim olunub.
Tədbirin sonunda iştirakçılar Dövlət Gömrük Komitəsinin yeni inzibati binası ilə tanış olublar.
Oxşar xəbərlər
Prezident onlara ali xüsusi rütbələr verdi
Gömrük generalı təqaüdə göndərildi
Prezident ona general-polkovnik rütbəsi verdi
Azərbaycanda gömrük-biznes münasibətlərində məhkəmə mexanizmlərinin təkmilləşdirilməsi təklif olunur
Azərbaycanda KOB gömrük anbarı yaradılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
