İsmayıllıda lotereyadan 100 000 manat uduldu
Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya"nın təşkil etdiyi "Super Keno" tirajlı lotereyasında növbəti böyük uduş qeydə alınıb. 100 000 manatlıq böyük uduş İsmayıllı rayon sakini 27 yaşlı İzzət Ağaya qismət olub.
Qalibə 2, 12, 23, 32, 34, 43, 50, 54, 63, 69 rəqəmləri uğur gətirib. Uduş xəbərini aldıqdan sonra böyük sevinc yaşadığını bildirən İzzət Ağa bu anın onun üçün unudulmaz olduğunu qeyd edib. O, sevincini ilk olaraq ailəsi ilə bölüşüb. Şanslı qalib qazandığı məbləğlə evinin tikintisini tamamlamağı və həyat yoldaşının avtomobil arzusunu yerinə yetirəcəyini bildirib.
Qeyd edək ki, "Super Keno" lotereyasında ən böyük uduş 1 000 000 manatdır. Belə ki, 70 rəqəm arasından sevdiyiniz 10 rəqəmi seçərək həyatınızı dəyişəcək böyük uduşu qazanmaq şansına nail ola bilərsiniz.
Həftənin hər günü saat 19:45-də keçirilən "Super Keno" lotereyası "Xəzər" TV, eləcə də "Azərlotereya"nın "YouTube" və "Telegram" kanallarında canlı yayımlanır. Biletləri "Azərlotereya" satış nöqtələri, "Azərpoçt" şöbələri, "Misli" məntəqələri, OBA marketlərindən, eləcə də Azerlotereya.com və Misli.az saytlarından əldə edə bilərlər.
Oxşar xəbərlər
Bakıda “Prestij” lotereyasında 500 000 manat qazanıldı
"Sehrli Şans Gecəsi" – "Azərlotereya"dan böyük yeniliklər - FOTO
"Sehrli Şans Gecəsi" – "Azərlotereya"dan böyük yeniliklər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
-
DÇ-2026: Fransa və Norveç 1/16 finala vəsiqə qazanıb
-
DÇ-2026: Seneqal - İraq matçında üçüncü qol vurulub - YENİLƏNİR-5
