Dövlət Vergi Xidmətinə müraciətlərin sayı 14 %-ə yaxın azalıb
Bu ilin I rübündə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə 108 117 müraciət daxil olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 13,8 % azdır.
"Sizinxeber.az" quruma istinadən xəbər verir ki, müraciətlərdən 94,1 %-i ərizə, 5,8 %-i şikayət, 0,1 %-i təklif olub.
Müraciətlərdən 88,6 %-nin baxılması hesabat dövründə başa çatdırılıb, 11,4 %-i isə icradadır. Baxılması başa çatdırılmış müraciətlərin 61,8 %-i həll olunub, 36,6 %-i barədə müvafiq izahat verilib, digərləri ilə bağlı qanunvericiliyə uyğun tədbirlər görülüb.
Hesabat dövründə baxılmış faktiki şikayətlərdən 1 142-si həll edilib. Bunlar, əsasən, kameral vergi yoxlamaları, şəxsi hesab vərəqələri, sosial sığorta ödənişləri, vergi ödəyicisinin qeydiyyatı, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması və əvəzləşdırılməsi, vergi borcu və digər məsələlərlə bağlı olub.
Hesabat dövründə Dövlət Vergi Xidmətinin Aparatında vəzifəli şəxslər ümumilikdə 113, o cümlədən şəhid ailəsi və müharibə iştirakçısı olan 4 vətəndaşı qəbul edib. Qəbul zamanı hər bir müraciətə fərdi yanaşılıb, vətəndaşların qanuni tələblərinin müsbət həlli üçün zəruri tədbirlər görülüb.
Oxşar xəbərlər
Azərbaycanda vergi orqanlarına müraciətlərin sayı fevralda 67 % artıb
Azərbaycanda vergi orqanlarına daxil olmuş müraciətlərin sayı mayda 6 %-dən çox azalıb
Azərbaycanda 6 ayda vergi orqanlarına 229 minə yaxın müraciət daxil olub
Vətəndaşların Dövlət Vergi Xidmətinə faktiki şikayətlərinin sayı 13 % azalıb
Azərbaycanda vergi orqanlarına müraciətlər apreldə 25 %-dən çox azalıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
-
DÇ-2026: Fransa və Norveç 1/16 finala vəsiqə qazanıb
-
DÇ-2026: Seneqal - İraq matçında üçüncü qol vurulub - YENİLƏNİR-5
