Azərbaycanda 6 ayda vergi orqanlarına 229 minə yaxın müraciət daxil olub
Bu ilin yanvar-iyun aylarında vergi orqanlarına 228 622 müraciət daxil olub.
"Report" bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, daxil olmuş müraciətlərdən 95,3 %-i ərizə, 4,6 %-i şikayət, 0,1 5-i təklif olub. Müraciətlərdən 94,8 %-nin baxılması hesabat dövründə başa çatdırılıb, 5,2 %-i isə hazırda icradadır.
Baxılması başa çatdırılmış müraciətlərin 52,4 %-i həll olunub, 45,9 %-i ilə bağlı müvafiq izahat verilib, qalanları barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb. Həll edilmiş 3 241 sayda faktiki şikayət, əsasən, kameral vergi yoxlamaları, sosial sığorta ödənişləri, maliyyə sanksiyalarının silinməsi, vergi ödəyicilərinin qeydiyyatı, şəxsi hesab vərəqələri, vergi borcu və digər məsələlərlə bağlı olub.
6 ayda Dövlət Vergi Xidmətinin Aparatında müvafiq vəzifəli şəxslər tərəfindən ümumilikdə 414 vətəndaşın qəbulu təşkil edilib. Qəbul zamanı hər bir vətəndaşın müraciətinə fərdi qaydada yanaşılıb, onların qanuni tələblərinin müsbət həll olunması üçün lazımi tədbirlər görülüb.
Oxşar xəbərlər
Azərbaycanda vergi orqanlarına müraciətlərin sayı fevralda 67 % artıb
Azərbaycanda vergi orqanlarına daxil olmuş müraciətlərin sayı mayda 6 %-dən çox azalıb
Azərbaycanın vergi orqanlarına I rübdə 128 minə yaxın müraciət daxil olub
Azərbaycanda vergi orqanlarına müraciətlər apreldə 25 %-dən çox azalıb
Vətəndaşların Dövlət Vergi Xidmətinə faktiki şikayətlərinin sayı 13 % azalıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Azercell"də dəyişiklik - Bu xidmətləri də dayandırır
-
Azərbaycanda bəzi cərimələr sərtləşdirilir
-
“e-Sosial” portalında yenilik əlilliyi olan şəxslər üçün istifadə rahatlığının artırılmasına xidmət edir – AÇIQLAMA
-
Deputat: Qızıl ehtiyatlarının artması dəyər qazanan aktivlərə daha çox vəsaitin yönəldilməsinə imkan yaradır
-
Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib
-
Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib








