Azərbaycanda vergi orqanlarına daxil olmuş müraciətlərin sayı mayda 6 %-dən çox azalıb
Bu ilin may ayında Azərbaycanda vergi orqanlarına 32 985 müraciət daxil olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 6,2% azdır.
"Sizinxeber.az" İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, daxil olmuş müraciətlərdən 94,2 %-i ərizə, 5,7 %-i şikayət, 0,1 %-i təklif olub, 26 müraciətin icrası nəzarətə götürülüb.
Daxil olmuş müraciətlərdən 65,1 %-nin baxılması hesabat dövründə başa çatdırılıb, 34,9 %-i isə hazırda icradadır.
Baxılması başa çatdırılmış müraciətlərdən 65,7 %-i həll olunub, 33,1 %-i ilə bağlı müvafiq izahat verilib, qalanları barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.
Həll olunmuş 150 sayda faktiki şikayət, əsasən, kameral vergi yoxlamaları, vergi ödəyicisinin qeydiyyatı, şəxsi hesab vərəqələri, maliyyə sanksiyalarının silinməsi, vergi orqanlarının vəzifəli şəxslərinin hərəkəti (hərəkətsizliyi) və digər məsələlərlə bağlı olub.
Ötən ay Dövlət Vergi Xidmətinin Aparatında müvafiq vəzifəli şəxslər ümumilikdə 82 vətəndaşı qəbul edib. Qəbul zamanı hər vətəndaşın müraciətinə fərdi qaydada yanaşılıb, onların qanuni tələblərinin müsbət həll olunması üçün lazımi tədbirlər görülüb.
Oxşar xəbərlər
Azərbaycanda vergi orqanlarına müraciətlərin sayı fevralda 67 % artıb
Azərbaycanda vergi orqanlarına müraciətlər apreldə 25 %-dən çox azalıb
Azərbaycanın vergi orqanlarına I rübdə 128 minə yaxın müraciət daxil olub
Vətəndaşların Dövlət Vergi Xidmətinə faktiki şikayətlərinin sayı 13 % azalıb
Naxçıvanda vergi orqanlarına daxil olmuş müraciətlərin 96 %-i həll olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













