Azərbaycanın qeyri-neft ixracı 11%-dən çox artıb
2025-ci ilin yanvar-iyul aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 11.4% artaraq 2.09 milyard ABŞ dolları təşkil edib. 2025-ci ilin yanvar-iyul aylarında yeyinti məhsulları 23,9% artaraq 689 milyon ABŞ dollarına bərabər olub.
Bu barədə “APA-Economics” İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) dərc etdiyi “İxrac icmalı”nın avqust sayınına istinadən xəbər verir.
Məlumata görə, 2025-ci ilin yanvar-iyul aylarında ixrac olunan şəkər ötən ilin müvafiq dövrünə nəzərən 10,9 milyon ABŞ dolları və ya 55,1%, meyvə-tərəvəz 122,6 milyon ABŞ dolları və ya 31,9%, kimya sənayesi məhsulları 45,2 milyon ABŞ dolları və ya 30,4%, qara metallar və onlardan hazırlanan məmulatlar 8,6 milyon ABŞ dolları və ya 19,1%, pambıq iplik 2,6 milyon ABŞ dolları və ya 18,2%, çay 317 min ABŞ dolları və ya 8,8% artıb.
2025-ci ilin yanvar-iyul aylarında aqrar məhsullar 27.9% artaraq 551,4 milyon ABŞ dolları, aqrar-sənaye məhsulları 7,3% artaraq 178.8 milyon ABŞ dollarına bərabər olub. Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 22.1% artaraq 730,2 milyon ABŞ dolları təşkil edib.
Oxşar xəbərlər
Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 11%-dən çox artıb
Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 10%-ə yaxın artıb
Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 18% artıb
Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 15%-ə yaxın artıb
Azərbaycanın yeyinti məhsulları üzrə ixracı 15%-dən çox artıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
Tramp Qətərin ona bağışladığı nəhəng təyyarəni göstərdi - Video
