“Kahı” yükü aparan avtomobildən 70 kiloqram marixuana aşkar edilib
Dövlət Gömrük Komitəsinin Astara Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri kompleks əməliyyat-axtarış və gömrük nəzarəti tədbirləri nəticəsində növbəti dəfə külli miqdarda narkotik vasitə - marixuana aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.
“Sizinxeber.az” komiətəyə istinadən xəbər verir ki, “Astara” gömrük postunda Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Rusiyaya yenə də “kahı” yükü aparan nəqliyyat vasitəsi gömrük yoxlamasına cəlb edilib.
Kinoloji xidmət itinin tətbiqi ilə həyata keçirilən yoxlama zamanı dörd ədəd paletdəki yeşiklərdən üzəriləri kahı yükü ilə örtülərək gömrük nəzarətindən gizlədilən 76 ədəd bağlamada, qablaşdırılmaları ilə birlikdə ümumi təqribi çəkisi 70 kiloqram 410 qram narkotik vasitə - marixuana aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Azərbaycan gömrükçüləri 152 kiloqramdan artıq marixuana aşkar edib
Astara Gömrük İdarəsində uğurlu əməliyyat nəticəsində 103,3 kq narkotik aşkarlanıb
Azərbaycan gömrükçüləri 30 kiloqramdan artıq narkotik vasitə aşkar ediblər
Azərbaycan gömrükçüləri “Brokoli və kahı” yükündən narkotik vasitə aşkar edib
“Astara” gömrük postunda 30 kiloqramdan artıq marixuana aşkarlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













