“Astara” gömrük postunda 30 kiloqramdan artıq marixuana aşkarlanıb
Astara Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri kompleks əməliyyat-axtarış və gömrük nəzarəti tədbirləri nəticəsində növbəti dəfə külli miqdarda narkotik vasitə - marixuana aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.
Bu barədə “APA-Economics”ə Dövlət Gömrük Komitəsindən bildirilib.
Qeyd edilib ki, “Astara” gömrük postunda Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Rusiya Federasiyasına “kahı” yükü aparan nəqliyyat vasitəsi gömrük yoxlamasına cəlb edilib.
Kinoloji xidmət itinin tətbiqi ilə həyata keçirilən yoxlama zamanı bir ədəd paletdəki kahı yüklü yeşiklərin alt hissəsindən gömrük nəzarətindən gizlədilən 34 ədəd bağlamada, ümumi təqribi çəkisi 30 kiloqram 599 qram narkotik vasitə - marixuana aşkar edilib.
Oxşar xəbərlər
“Cənub-Astara” gömrük postunda 152 kq-dan artıq marixuana aşkar edilib
Azərbaycan gömrükçüləri 152 kiloqramdan artıq marixuana aşkar edib
Astara Gömrük İdarəsində uğurlu əməliyyat nəticəsində 103,3 kq narkotik aşkarlanıb
İrandan Rusiyaya yük aparan nəqliyyat vasitəsində 207 kiloqramdan artıq narkotik aşkar edilib
DGK: Külli miqdarda narkotik vasitə aşkar edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













