Azərbaycan qeyri-neft-qaz ixracını 11 %-dən çox artırıb
Bu ilin yanvar-iyul aylarında Azərbaycanın qeyri-neft-qaz sektoru üzrə ixracının dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 11,4 % artaraq 2,1 milyard ABŞ dolları təşkil edib.
"Sizinxeber.az" bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir.
Məlumata görə, o cümlədən son 1 ildə ölkənin yeyinti məhsullarının ixrac dəyəri 23,9 % artaraq 689 milyon ABŞ dolları olub. Bundan başqa, hesabat dövründə kimya sənayesi məhsullarının ixrac dəyəri 45,2 milyon ABŞ dolları və yaxud 30,4 %, şəkərin ixrac dəyəri 10,9 milyon ABŞ dolları və yaxud 55,1 %, qara metallar və onlardan hazırlanan məmulatların ixrac dəyəri 8,6 milyon ABŞ dolları və yaxud 19,1 %, meyvə-tərəvəzin ixrac dəyəri 122,6 milyon ABŞ dolları və yaxud 31,9 %, pambıq ipliyin ixrac dəyəri 2,6 milyon ABŞ dolları və yaxud 18,2 %, çayın ixrac dəyəri isə 317 min ABŞ dolları və yaxud 8,8 % artıb.
İl ərzində aqrar məhsulların ixrac dəyəri 27,9 % artaraq 551,4 milyon ABŞ dolları, aqrar-sənaye məhsullarının ixrac dəyəri 7,3 % artaraq 178,8 milyon ABŞ dolları, bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixrac dəyəri isə 22,1 % artaraq 730,2 milyon ABŞ dolları təşkil edib.
Oxşar xəbərlər
Azərbaycan qeyri-neft-qaz ixracını 18% artırıb
Azərbaycan qeyri-neft-qaz ixracını 12 %-ə yaxın artırıb
Azərbaycan qeyri-neft-qaz ixracını 15 %-ə yaxın artırıb
Azərbaycan qeyri-neft-qaz ixracını 2 %-ə yaxın artırıb
Azərbaycan qeyri-neft-qaz ixracını cüzi artırıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
DÇ-2026: Fransa və Norveç 1/16 finala vəsiqə qazanıb
