Azərbaycanda standart tender sənədlərinə dayanıqlılıq şərtləri əlavə edilə bilər
sizinxeber.az xəbər saytı

Azərbaycanda standart tender sənədlərinə dayanıqlılıq şərtləri əlavə edilə bilər


Azərbaycanda sahibkarlar üçün standart tender sənədlərinə dayanıqlılıq şərtləri əlavə edilə bilər.

"Sizinxeber.az" xəbər verir ki, bu məsələ Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyində Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Əmtəə bazarının səmərəliliyi və rəqabət İşçi qrupunun 2025-ci il üzrə Yol Xəritəsi çərçivəsində keçirilmiş görüşdə müzakirə edilib.

Məlumaat görə, görüş Dünya Bankı Qrupunun “Business Ready” layihəsinin “Bazar rəqabəti” indikatoru ilə bağlı Yol Xəritəsində dövlət satınalmalarının rəqəmsallaşdırılması və optimallaşdırılması üzrə görüləcək tədbirlərin müzakirə edilməsi məqsədilə təşkil olunub.

İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və digər aidiyyəti dövlət orqanlarının nümayəndələrinin iştirak etdiyi tədbirdə sözügedən sahədə görüləcək işlər və həmin işlərin reallaşdırılması üzrə müvafiq icra mexanizmlərinin müəyyən edilməsi istiqamətində geniş fikir mübadiləsi aparılıb.

Görüşdə Agentliyin Dövlət satınalmalarının təhlili şöbəsinin müdiri Elşən Həsənov və digər dövlət orqanlarının nümayəndələri çıxış ediblər. Dövlət satınalmalarında sahibkarlıq subyektlərinin iştirakının təşviqi, bu məqsədlə qanunvericilikdə nəzərdə tutulan güzəşt mexanizmlərinin tətbiqi, dövlət satınalmalarında gender bərabərliyinin, eləcə də qadın sahibkarların iştirakı ilə bağlı maarifləndirmə tədbirlərinin təşkili imkanları, elektron satınalma portalının funksionallığının genişləndirilməsi, standart tender sənədlərinə dayanıqlılıq şərtlərinin əlavə edilməsi və s. məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüş çərçivəsində təkliflər dinlənilib, görüləcək işlər üzrə prioritetlər müəyyənləşdirilib, qarşıya qoyulan məqsədlərə nail olmaq üçün konkret icra mexanizmlərinin formalaşdırılması barədə razılıq əldə olunub.

Oxşar xəbərlər

Azərbaycanda “Biznesin yerləşdiyi yer" indikatoru üzrə yeni Yol Xəritəsi təqdim edilib
Azərbaycanda əmək sahəsində 17 milli standart layihəsi təsdiqlənib
“Business Ready” qiymətləndirilməsi zamanı özəl sektorun vergitutma üzrə təklifləri nəzərə alınacaq
Dünya Bankı "Business Ready" hesabatı üzrə Azərbaycanın qiymətləndirilməsinə başlayır
Azərbaycanda “Biznesə daxilolma” indikatoru üzrə yeni Yol Xəritəsi təsdiq edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər