Azərbaycanda “Biznesə daxilolma” indikatoru üzrə yeni Yol Xəritəsi təsdiq edilib
Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “Biznesə daxilolma” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2025-ci il üzrə Yol Xəritəsini təsdiq edib.
"Sizinxeber.az" bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Yol Xəritəsi ilə, bu il təsis payının özgəninkiləşdirilməsi ilə bağlı müqavilələri qeydiyyat orqanının onlayn qaydada Ədliyyə Nazirliyindən əldə etməsini, kommersiya hüquqi şəxsin təsisçi dəyişikliyinin qeydiyyata alınmasını nəzərdə tutan qanunvericilik layihələrinin hazırlanması planlaşdırılır. Bundan başqa, fəaliyyəti xüsusi qanunvericilik aktları ilə tənzimlənən hüquqi şəxslərin qeydiyyata alınması ilə bağlı digər dövlət orqanları tərəfindən verilən sənədlərin elektron qaydada qeydiyyat orqanına təqdim olunması ilə bağlı texniki imkanın yaradılması gözlənilir. Eyni zamanda, 2025-ci ildə xarici investisiyalı MMC-lərin elektron dövlət qeydiyyatı zamanı təsisçi xarici hüquqi şəxsin elektron apostil verilmiş xarici mənşəli sənədlərinin Elektron Apostil Proqramı vasitəsilə yoxlanılaraq tərcüməsinin notarius tərəfindən informasiya sistemi üzərindən distant rəsmiləşdirilməsi və qeydiyyat orqanına təqdim olunması ilə əlaqədar texniki imkanın yaradılması nəzərdə tutulur.
Xatırladaq ki, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Biznesə daxilolma” işçi qrupuna Dövlət Vergi Xidməti rəhbərlik edir.
Yol Xəritəsi ilə tanış olmaq mümkündür.
Oxşar xəbərlər
Azərbaycan “Biznesə daxilolma” indikatoru üzrə yeni Yol Xəritəsi hazırlayıb
Azərbaycanda hüquqi şəxslərin dövlət qeydiyyatı sahəsində görülən işlər müzakirə edilib
Azərbaycanda “Biznesin yerləşdiyi yer" indikatoru üzrə yeni Yol Xəritəsi təqdim edilib
Azərbaycanda şirkət təsisçilərinin dəyişikliyi proaktiv olaraq qeydiyyata alına bilər
“Business Ready” qiymətləndirilməsi zamanı özəl sektorun vergitutma üzrə təklifləri nəzərə alınacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan Prezidenti: Son illərin tarixində ən böyük ədalətsizliklə biz üzləşmişdik
-
Oyun zamanı meydançada öldü
-
“Balaca Heydərin iki oğlu var” - Prezident
-
Dövlət başçısı: Şəhidlərimizi, Xocalı qurbanlarını, digər günahsız insanların həlak olmasını heç vaxt unuda bilmərik
-
Prezident: Ermənistana sanksiyalar tətbiq edilsəydi, əlbəttə, o, işğala son qoyardı
-
İlham Əliyev: Bu gün Ağdam rayonunda artıq həyat bərpa edilir












