Xankəndidə iaşə sahəsində fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib
Xankəndi şəhərində ictimai iaşə sahəsində fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin maarifləndirilməsi, könüllü əməletmənin təşviqi və uçotun dəqiqləşdirilməsi məqsədilə vergi ödəyiciləri ilə görüş keçirilib.
"Report" bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, görüşdə Qarabağ Ərazi Vergilər Baş İdarəsinin rəisi Ələkbər Məmmədov və baş idarənin əməkdaşları iştirak edib. Tədbir iştirakçılarına işğaldan azad edilmiş ərazilərdə tətbiq olunan vergitutmanın xüsusiyyətləri, o cümlədən rezidentlərə ünvanlanmış vergi və gömrük güzəşt və azadolmaları barədə məlumat verilib. Vergi ödəyicilərinin və onların təsərrüfat subyektlərinin (obyektlərinin) fəaliyyəti zamanı vergi orqanının qarşılaşdığı məsələlər onların diqqətinə çatdırılıb.
Görüşdə vergi ödəyicilərini maraqlandıran suallar ətraflı cavablandırılıb.
Oxşar xəbərlər
Füzulidə fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib
Azərbaycan azad edilmiş ərazilərindəki layihələrə indiyədək 24 milyon manatadək güzəştli kredit ayrılıb
Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı bu il 1 %-dən çox artıb
Azərbaycanda hüquqi şəxslərin dövlət qeydiyyatı sahəsində görülən işlər müzakirə edilib
Dövlət Vergi Xidməti Şərqi Zəngəzurdakı vergi ödəyicilərini monitorinq edir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
GTA 6 üçün ön-sifariş rəsmi şəkildə açıldı
-
DÇ-2026: Mərakeş - Haiti qarşılaşmasında ikinci hissə başlayıb - YENİLƏNİR-6
-
Tusk: Polşanın müdafiə xərcləri ÜDM-in təxminən 7 %-nə çatıb
-
İsrail yeni lazer silahını təqdim etdi: 60 saniyədə 30 hədəf məhv edilir
-
FIFA Qətər millisinin futbolçusu Asim Madibonu 5 oyunluq cəzalandırıb
-
DÇ-2026: Şotlandiyanı üstələyən Braziliya C qrupunu lider kimi başa vurub - YENİLƏNİB-6
