Füzulidə fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Qarabağ Ərazi Vergilər Baş İdarəsi işğaldan azad edilmiş Füzuli şəhərində fəaliyyət göstərən sahibkarlarla görüş keçirib.
“Report” Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, sahibkarlıq fəaliyyəti göstərən hüquqi və fiziki şəxslərin maarifləndirilməsi, könüllü əməletmə səviyyəsinin artırılması və uçot məlumatların dəqiqləşdirilməsi məqsədilə təşkil edilmiş görüşdə baş idarənin rəisi Ələkbər Məmmədov işğaldan azad edilmiş ərazilərdə vergitutmanın xüsusiyyətləri, o cümlədən rezidentlər üçün nəzərdə tutulan vergi və gömrük güzəşt və azadolmaları barədə ətraflı məlumat verib.
Görüşdə vergi ödəyicilərinin və onların təsərrüfat subyektlərinin (obyektlərinin) vergi uçotuna dair məsələlər geniş müzakirə edilib, sahibkarları maraqlandıran suallar cavablandırılıb.
Oxşar xəbərlər
Azərbaycan azad edilmiş ərazilərindəki layihələrə indiyədək 24 milyon manatadək güzəştli kredit ayrılıb
Şuşada mikro və kiçik sahibkarlarla görüş keçirilib
Dövlət Vergi Xidməti Şərqi Zəngəzurdakı vergi ödəyicilərini monitorinq edir
Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı cüzi artıb
Bazarlara vergi nəzarəti gücləndirilir: Qanunsuz sahibkarlığı dəstəkləyənlərə qarşı sanksiyalar
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













