Milli Qəhrəman Albert Aqarunovun anım günüdür
Bu gün Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun anım günüdür. Onun vəfatından 34 il ötür.
Albert Aqarunov 25 aprel 1969-cu ildə Bakı şəhərində anadan olub.
Suraxanı rayonundakı 154 saylı məktəbin səkkizinci sinfini bitirərək peşə məktəbində sürücü-mexanik vəzifəsinə yiyələnib.
1987-ci ildə hərbi xidmətə çağırılan Albert xidməti vəzifəsini Gürcüstanda yerinə yetirib və tank komandiri olub. Daha sonra Bakıya dönərək Suraxanıda Maşınqayırma Zavodunda işləyib.
Vətənimizin dar günündə Albert Aqarunov könüllü olaraq cəbhəyə yollanıb. Albert tank komandiri təyin edilib və Şuşa cəbhəsinə yollanıb. O, Xankəndi, Daşaltı, Cəmilli istiqamətində gedən döyüşlərdə erməni faşistlərin xeyli canlı qüvvəsini və zirehli texnikasını məhv edib.
8 may 1992-ci ildə Şuşada səhər tezdən erməni quldurların tankları görünüb. Albert düşmən tanklarından birini yaxın məsafədən tək atəşlə məhv edib, yenidən irəli atılan vətən oğlu növbəti sərrast atəşi ilə daha bir düşmən tankını məhv edib. Sevincdən məhv etdiyi tanklara baxmaq istəyən Albert, snayper gülləsinə tuş gəlib və döyüş meydanında qəhrəmancasına həlak olub.
Albert Qarabağ müharibəsində əfsanəyə çevrilmişdi. Hətta o dövrdə hər kəs tankını Albert adlandırırdı. Ermənilər onun başına pul mükafatı qoymuşdular.
Subay olub.
Albert Aqarunoviç Aqarunov Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.
Bakıda Şəhidlər xiyabanında dəfn edilib.
Vaxtilə təhsil aldığı 154 saylı orta məktəb onun adını daşıyır.
Albert Aqarunovun Suraxanı rayonunun Əmircan qəsəbəsində yaşadığı binaya xatirə lövhəsi vurulub, təhsil aldığı məktəbin önündə büstü qoyulub.
Eyni zamanda, 2019-cu ildə Nərimanov rayonu ərazisində Albert Aqarunovun heykəli ucaldılıb.
Oxşar xəbərlər
İsrailin Azərbaycandakı səfiri Milli Qəhrəman Albert Aqarunovun məzarını ziyarət edib
İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib
Azərbaycan nefti 3 %-dən çox ucuzlaşıb
"Space"in yeni rəhbəri kimdir? - DOSYE
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
-
DÇ-2026: Argentina Avstriyaya qarşı ilk hissəni Messinin qolu ilə öndə tamamlayıb - YENİLƏNİR-3
