Almaniya Bundestaqının üzvləri Göygöl və Şəmkir rayonlarına səfər ediblər
sizinxeber.az xəbər saytı

Almaniya Bundestaqının üzvləri Göygöl və Şəmkir rayonlarına səfər ediblər


Azərbaycanda səfərdə olan Almaniya Bundestaqının Cənubi Qafqaz üzrə Parlamentlərarası İşçi Qrupunun nümayəndə heyəti aprelin 26-da Göygöl və Şəmkir rayonlarında olublar.

Bu barədə "Report"a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Göygöl rayonunda Almaniya Bundestaqının deputatı, işçi qrupunun rəhbəri Edis Mirze, deputatlar Daniel Köbl, Macit Karaahmetoğlu, Harald Ebner və Sergey Minix rayon icra hakimiyyətinin başçısı Vüqar Novruzovla görüşüblər, rayonun tarixi-mədəni irsi və Azərbaycan-Almaniya əlaqələri barədə fikir mübadiləsi aparıblar.

Səfər çərçivəsində nümayəndə heyətinin üzvləri rayonun tarixi məkanları ilə də tanış olublar.

Şəmkir rayonuna gələn qonaqlar burada rayon icra hakimiyyətinin başçısı Rəşad Tağıyevlə görüşüblər, almanların bu rayonda məskunlaşmasının tarixi, Şəmkirdəki alman irsi barədə söhbət aparıblar. Sonra qonaqlar Şəmkirdə kilsə ilə tanış olublar, qızılgül plantasiyasına baş çəkiblər.

Qonaqları Milli Məclisin deputatı, Azərbaycan - Almaniya Federativ Respublikası parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Nurlan Həsənov, Almaniya Federativ Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Ralf Horlemann və digər rəsmi şəxslər müşayiət ediblər.

Oxşar xəbərlər

Almaniya Bundestaqının nümayəndəsi Ermənistana səfər edəcək
Gürcüstanın Baş naziri Almaniya Bundestaqının qətnaməsini ədalətsiz adlandırıb
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun üzvləri Laçında bərpa işləri ilə tanış olublar
İrlandiya parlament nümayəndə heyəti Şuşa və Xankəndi şəhərlərində olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər