Aİ-nin müdafiə sənayesinə 900 milyon avrodan çox maliyyə vəsaiti ayrılacaq
Avropa Komissiyası (AK) Avropa İttifaqının (Aİ) müdafiə sənayesinin gücləndirilməsi üçün 910 milyon avro maliyyə vəsaiti ayıracaq.
“Report” xəbər verir ki, bu barədə AK-nın nümayəndəsi Toma Renye Brüsseldə keçirilən brifinqdə bildirib.
Onun sözlərinə görə, vəsaitlər müdafiə sektorunda 62 layihənin maliyyələşdirilməsinə yönəldiləcək.
“Avropa Komissiyası Avropada güclü və innovativ müdafiə sənayesinin yaradılması üçün Avropa Müdafiə Fondu çərçivəsində 910 milyon avro sərmayə qoyacaq. Bu investisiyalar mobillik, pilotsuz uçuş aparatlarından müdafiə kimi istiqamətlərdə əsas boşluqların aradan qaldırılmasına yönəlib. Bundan əlavə, ilk dəfə olaraq Ukrayna müdafiə sənayesi belə layihələrlə əlaqələndirilə bilər”, - Avropa Komissiyasının sənədində qeyd olunub.
Oxşar xəbərlər
AK Aİ-nin ümumi müdafiə satınalmaları üçün 300 milyon avro ayırıb
Litva Ukraynaya 5 milyon avro dəyərində PUA verib
Ursula fon der Lyayen Aİ-nin müdafiə xərclərinin artırılmasını təklif edib
Aİ-nin müdafiə xərcləri 300 milyard avroya çatıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Britaniyada iki qatar toqquşub, 89 nəfər yaralanıb
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
