Türkiyənin XİN başçısı Səudiyyə Ərəbistanından olan həmkarı ilə Suriyadakı vəziyyəti müzakirə edib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
01 
dek
2024
23:00

Türkiyənin XİN başçısı Səudiyyə Ərəbistanından olan həmkarı ilə Suriyadakı vəziyyəti müzakirə edib

01 dek, 2024
23:00
798

Türkiyənin XİN başçısı Səudiyyə Ərəbistanından olan həmkarı ilə Suriyadakı vəziyyəti müzakirə edib

Türkiyənin xarici işlər naziri Hakan Fidan Suriyadakı vəziyyətlə bağlı diplomatik təmasları davam etdirir.

Sizinxeber.az Türkiyə Xarici İşlər Nazirliyinə İstinadən xəbər verir ki, ölkənin baş diplomatı bu dəfə Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan Əl Səud ilə telefon danışığı aparıb.

“Xarici işlər naziri Hakan Fidan Səudiyyə Ərəbistanının xarici işlər naziri şahzadə Faysal bin Fərhan Əl Səud ilə telefon danışığı aparıb. Söhbət zamanı Suriyadakı son hadisələr müzakirə olunub”, - məlumatda deyilir.

Bizimlə əlaqə saxlayın