Sabirabadda qrunt sularının axıdılması üçün açıq körpü tikiləcək
Sabirabad rayonunda əkin sahələrinin yararsız hala düşməsinə səbəb olan qrunt suları probleminin həlli istiqamətində tədbirlər görüləcək.
"Sizinxeber.az"un Aran bürosunun məlumatına görə, rayonun Qasımbəyli kənd inzibati ərazi dairəsində yaşayan sakinlər uzun illərdir qrunt sularının yaratdığı çətinliklərlə üzləşirlər.
Sakinlərin sözlərinə görə, Kür və Araz çayları, həmçinin Sarısu gölü əhatəsində yerləşən ərazidə vaxtilə qrunt sularının kənarlaşdırılması üçün beş nasos stansiyası fəaliyyət göstərirdi. Nasosların işləməsi nəticəsində torpaqlarda pambıq, taxıl və yonca becərilir, eyni zamanda nar bağları salınırdı.
Lakin torpaqlar islahata verildikdən sonra nasos stansiyalarının əksəriyyəti fəaliyyətini dayandırıb. Hazırda beş nasosdan yalnız ikisinin işlək vəziyyətdə olması qrunt sularının vaxtında ərazidən uzaqlaşdırılmasına imkan vermir. Nəticədə onlarla hektar əkin sahəsində su yığılıb, torpaqlar kənd təsərrüfatı üçün yararsız vəziyyətə düşüb.
Sakinlər bildirirlər ki, artıq 20 ildən çoxdur eyni problemlə qarşılaşırlar. Hər il taxıl, yonca və pambıq əkilsə də, qrunt sularının səviyyəsinin yüksəlməsi məhsuldarlığa ciddi zərbə vurur və fermerlərin zəhməti nəticəsiz qalır.
Onların sözlərinə görə, problem təkcə əkin sahələrinə deyil, çoxillik bağlara da ciddi ziyan vurur. Belə ki, müxtəlif illərdə salınan nar bağları qrunt sularının təsirindən quruyaraq məhv olub.
Sakinlər qeyd edirlər ki, problem yalnız Əsgərbəyli kəndində deyil, Qasımbəyli kənd inzibati ərazi dairəsinə daxil olan Qasımbəyli, Axtaçı və Muradbəyli kəndlərində də müşahidə olunur. Məsələ ilə bağlı aidiyyəti qurumlara dəfələrlə müraciət edilsə də, problem hələ də həllini tapmayıb.
Məsələ ilə bağlı Sabirabad Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsindən "Sizinxeber.az"un sorğusuna cavab olaraq bildirilib ki, qrunt sularının ərazidən daha effektiv şəkildə uzaqlaşdırılması məqsədilə nasos stansiyalarının gücünün artırılması nəzərdə tutulur. Qurumdan verilən məlumata görə, əraziyə xidmət göstərən asfalt yolun altından keçən mövcud borulu keçid aparılan təhlillərin nəticələrinə əsasən su axınının həcmini qarşılamaq üçün kifayət etmir. Bu səbəbdən həmin keçidin açıq körpü (su keçidi) ilə əvəz olunması planlaşdırılır.
Bildirilib ki, yaxın vaxtlarda ərazidə əsaslı təmir və yenidənqurma işlərinə başlanılması nəzərdə tutulur. Görüləcək tədbirlərin nəticəsində Qasımbəyli kənd inzibati ərazi dairəsində uzun illərdir mövcud olan qrunt suları probleminin həll ediləcəyi gözlənilir.
Oxşar xəbərlər
Bakı metrosu: "Həzi Aslanov" stansiyasında qrunt suları və yağıntıların təsiri nəzarət altındadır
Nazirlik: Son 4 ildə Sabunçuda qrunt sularının təmizlənməsi tədbiri üzrə büdcə xərcləri tam icra olunmayıb
Çexiyada şəhər rəhbərliyi insanların tabutlarda dəfnini qadağan edib
ADSEA-nın tabeli qurumları ərazilərdə yığılan yağış sularının kənarlaşdırılması işlərini davam etdirir
Biləsuvarda yararsız hala düşən su nasosları təmir olunacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu yaşdan sonra sürücülük vəsiqəsi verilməyəcək?
-
Almaniya ilə Azərbaycan "yaşıl hidrogen" üzrə yeni layihə hazırlayır - EKSKLÜZİV
-
"Liverpul" "Bernli"nin müdafiəçisi Maksim Estevi hədəfə alıb
-
Hemant Mistri: Hörmüzün bağlanması ekoloji təmiz aviasiya yanacağının qiymətinin artmasına səbəb olub
-
Azərbaycan və Türkmənistan mədəniyyət sahəsində əməkdaşlığı genişləndirməyi planlaşdırır
-
Binədə mağazada yanğın baş verib - VİDEO
