Tramp: İranla razılaşma bu gün axşam imzalanacaq
ABŞ Prezidenti Donald Tramp bildirib ki, İranla razılaşma bu gün axşam imzalanacaq.
"Report" xəbər verir ki, bu barədə Tramp "FOX Business"in müxbiri Mariya Bartiromoya bildirib.
Bununla belə, jurnalist söhbətin məhz hansı razılaşmadan getdiyini dəqiqləşdirməyib.
Daha əvvəl Tramp bildirib ki, vitse-prezident Cey Di Vensin başçılıq etdiyi Amerika nümayəndə heyəti İranla danışıqlar aparmaq üçün Pakistanın paytaxtı İslamabada yola düşüb.
Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayıb və bir sıra şəhərlərə aviazərbələr endirib. Elə həmin gün zərbələr nəticəsində İranın Ali rəhbəri Əli Xamenei öldürülüb. Buna cavab olaraq İran İsrail ərazisinə raket zərbələri endirib və Fars körfəzi ölkələrindəki ABŞ hərbi bazalarına hücum edib.
2026-cı il aprelin 8-nə keçən gecə İran, ABŞ və onların müttəfiqləri iki həftəlik atəşkəs barədə razılığa gəliblər.
Aprelin 11-12-də İslamabadda Pakistanın vasitəçiliyi ilə İran və ABŞ arasında keçirilən danışıqlar nəticəsiz qalıb.
Oxşar xəbərlər
Tramp: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb
Hörmüzdən ABŞ-nin təhdidlərinə baxmayaraq növbəti İran gəmisi keçib
KİV: Tramp İrana qarşı əməliyyatın bitdiyini elan edib
"Fars": ABŞ və İsrailin hücumları zamanı İranda 20-yə yaxın təyyarə ciddi ziyan görüb
İsrail ordusu hazır vəziyyətə gətirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
Tramp Qətərin ona bağışladığı nəhəng təyyarəni göstərdi - Video
