Fitso Aİ-ni miqrasiya siyasətini sərtləşdirməyə çağırıb
Avropa İttifaqı qeyri-qanuni miqrasiya ilə mübarizədə daha sərt və qətiyyətli tədbirlər görməlidir.
“Sizinxeber.az” TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa Şurasının (AŞ) iclasında iştirak edən Slovakiyanın Baş naziri Robert Fitso bildirib.
“Avropa İttifaqında (Aİ) qeyri-qanuni miqrasiya probleminin daha sərt və daha cəsarətli həll yollarına ehtiyacı var. Qaçqınların Aİ-də bölüşdürülməsi üzrə məcburi kvotaların tətbiqinin əleyhinə səs verilməsi bizim haqlı olduğumuzu sübut etdi. Mən daim söyləyirəm ki, biz Şengen zonasının xarici sərhədlərini qorumalı və qaçqınların mənşəcə aid olduğu ölkələrlə qarşılıqlı fəaliyyətə diqqət yetirməliyik”, - o deyib.
Fitso vurğulayıb ki, AŞ iclası başlamazdan əvvəl Aİ-yə üzv dövlətlərin liderlərinin qeyri-rəsmi görüşü keçirilib və onlar birliyin miqrasiya siyasətinin sərtləşdirilməsini müdafiə edib.
Onun sözlərinə görə, görüşdə ondan başqa, Avstriya, Macarıstan, Yunanıstan, Danimarka, Kipr, Niderland, Polşa və Çexiya liderləri, eləcə də Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen iştirak edib.
Oxşar xəbərlər
Slovakiyanın Baş naziri: Avropa İttifaqının Rusiyaya ehtiyacı var
Fitso Qərbin Ukraynada münaqişənin davam etməsini istədiyini bildirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İtkin şəhidimiz “Rəşadət” ordeni ilə təltif edildi - FOTO
-
FIFA Qətər millisinin futbolçusu Asim Madibonu 5 oyunluq cəzalandırıb
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Vens: ABŞ-la İran arasında birbaşa hərbi əlaqə kanalı yaradılacaq
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
-
Dünya Bankı Ukraynaya 3,4 milyard dollar ayıracaq
