Kuba azadlığa buraxılacaq məhbusların adlarını açıqlayıb
sizinxeber.az xəbər saytı

Kuba azadlığa buraxılacaq məhbusların adlarını açıqlayıb


Kuba aprel ayında ölkə hakimiyyəti tərəfindən elan edilən əfv fərmanı ilə azadlığa buraxılacaq məhbusların adlarını açıqlayıb.

"Sizinxeber.az"un "Reuters" agentliyinə istinadən verdiyi məlumata görə, prezident Migel Dias-Kanel Bermudesin bu barədə sərəncamı rəsmi hökumət qəzetində dərc edilib.

Sənəddə böyük bir siyahıdakı məhbuslar üçün "tam və qəti əfv" nəzərdə tutulur.

Agentliyin məlumatına görə, siyahıya daxil olanların bəziləri artıq azadlığa buraxılıb.

Aprel ayında Kuba hakimiyyəti 2000-dən çox məhbusu azad etmək niyyətində olduğunu açıqlayıb. Bu, ilin əvvəlindən bəri ölkədə elan edilən ikinci əfvdir.

Oxşar xəbərlər

Kuba Prezidenti: ABŞ-nin istefamı tələb etmək hüququ yoxdur
Kuba dövlət başçısı Prezident İlham Əliyevi təbrik edib
Kuba Prezidenti: ABŞ ilə dialoq mümkün, lakin çətindir
Kuba prezidenti ölkədə matəm günü elan edib
ABŞ Kuba ilə barışır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər