sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Sakit okeanda 3000 avtomobil daşıyan yük gəmisi yanıb
Sakit okeanda 3000 avtomobil daşıyan "Morning Midas" adlı avtonəqliyyat gəmisi yanıb, onların arasında təxminən 800 elektromobil olub.
APA xəbər verir ki, bu barədə "Bloomberg" ABŞ-ın Alyaskadakı Sahil Mühafizəsinə istinadən məlumat yayıb.
Qeyd edilib ki, yanğının söndürülməsi üçün əraziyə əlavə qüvvələr cəlb edilib.
“ABŞ Sahil Mühafizəsi 22 heyət üzvünü yaxınlıqdakı ticarət gəmisinə təxliyə edib”, – deyə agentlik qeyd edir.
Yanğının səbəbləri hələlik müəyyən edilməyib, lakin ekspertlər mümkün səbəblərdən biri kimi elektromobillərin batareyalarını istisna etmirlər.
Oxşar xəbərlər
Yeni ili ən sonuncu Sakit Okeanda dənizçilər qeyd ediblər
Rusiya və Çin Sakit Okeanın şimalında sahil mühafizə gəmilərinin ilk birgə patrulunu həyata keçirib
Zaqatalada avtomobil yanıb
Bakı-Qazax yolunda yanacaq daşıyan maşın aşıb, yanğın olub, ölən var - YENİLƏNİB-3 - FOTO - VİDEO
Bakı-Qazax yolunda yanacaq daşıyan maşın aşıb, yanğın olub, ölən var - YENİLƏNİB-2 - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













