Pakistan Bannudakı terror aktına görə Əfqanıstan diplomatına demarş elan edib
sizinxeber.az xəbər saytı

Pakistan Bannudakı terror aktına görə Əfqanıstan diplomatına demarş elan edib


Əfqanıstanın İslamabaddakı müvəqqəti işlər vəkili bu gün Pakistan Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb, Xayber-Paxtunxva əyalətində polis postuna terrorçuların hücumu ilə əlaqədar ona demarş elan edilib.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə Pakistanın XİN-i məlumat yayıb.

Söhbət "Fitnə-əl-Xəvaric" (əvvəllər "Təhrik-i-Taliban Pakistan" və ya "Pakistan Taliban Hərəkatı" kimi tanınan) qruplaşmasının yaraqlılarının 9 may 2026-cı il tarixində Xayber-Paxtunxva əyalətinin Bannu rayonundakı Fateh-Xel polis postuna partlayıcı qurğudan istifadə edərək etdikləri hücumdan gedir. Hücum nəticəsində 15 polis əməkdaşı həlak olub, biri dinc sakin olmaqla daha dörd nəfər yaralanıb.

"Hadisənin təfərrüatlı araşdırılması, eləcə də toplanmış sübutlar və texniki kəşfiyyat məlumatları hücumun Əfqanıstanda yaşayan terrorçular tərəfindən planlaşdırıldığını göstərir", - XİN-in bəyanatında bildirilib.

Bununla əlaqədar olaraq, Kabilin nümayəndəsinə İslamabadın Əfqanıstan ərazisindən Pakistana qarşı terror hücumları üçün istifadənin davam etməsindən ciddi narahatlığı ifadə olunub.

Əfqanıstan tərəfinin diqqətinə çatdırılıb ki, İslamabad bu "vəhşilik aktının" səbəbkarlarının hərəkətlərinə qətiyyətlə cavab vermək hüququnu özündə saxlayır.

"Terrorizmlə mübarizə ümumi işdir və Əfqanıstanın "Taliban"ı öz ərazilərinin digər ölkələrə qarşı terror aktları üçün istifadə olunmasına yol verməmək öhdəliyini yerinə yetirməlidirlər", - bəyanatda qeyd olunub.

Oxşar xəbərlər

Pakistan ordusu ölkənin şimal-qərbində 13 terrorçunu məhv edib
Pakistan Əfqanıstanın Qəndəhar şəhərindəki terror düşərgələrinə zərbələr endirib
Pakistan Qəndəhardakı terrorçuların düşərgələrinə zərbələr endirib
Pakistanda polis məntəqəsinə edilən hücumda ölənlərin sayı 12 nəfərə çatıb
Pakistanda əldəqayırma qurğu partlayıb, beş polis yaralanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər