Yaponiyada qatara kimyəvi maddə püskürdülüb, 10-dan çox şəxs xəsarət alıb
sizinxeber.az xəbər saytı

Yaponiyada qatara kimyəvi maddə püskürdülüb, 10-dan çox şəxs xəsarət alıb


Tokionun ətrafındakı Kavasaki stansiyası yaxınlığında qatarda naməlum kimyəvi maddənin püskürdülməsi nəticəsində 13-dən çox insan xəsarət alıb.

"Report" xəbər verir ki, bu barədə "SHOT" "Telegram" kanalı mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunub ki, vaqondakı sərnişinlərin halı qəfildən pisləşib, onlar şiddətli şəkildə öskürməyə və boğulmağa başlayıblar, güclü göz yaşarması yaranıb. Hadisə yerinə 20-dən çox təcili tibbi yardım maşını yollanıb. Üç nəfər xəstəxanaya yerləşdirilib.

Stansiyada müvafiq xidmətin əməkdaşları çalışır. Metro xəttlərinin birində hərəkət dayandırılıb. Kimyəvi maddəni püskürdən şəxs axtarılır.

Oxşar xəbərlər

Almaniyada qıcıqlandırıcı maddənin püskürdülməsi nəticəsində 11 nəfər xəsarət alıb
Türkiyədə yol qəzasında 10 nəfər xəsarət alıb
Sumqayıtda baş verən partlayışda xəsarət alanların vəziyyəti açıqlanıb – YENİLƏNİB
Mançesterdə iki avtobusun toqquşması nəticəsində 17 nəfər xəsarət alıb
Avstraliyada yol qəzası baş verib, azı 36 hərbçi xəsarət alıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər